adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyun 2018 15:33
17234
MƏDƏNİYYƏT
A- A+

“CinemaPlus” ilk dəfə “Barbekyu-parti” keçirdi - FOTO - VİDEO

Bakıda ilk dəfə açıq hava altında barbekyu-parti keçirilib.

Adalet.az xəbər verir ki, tədbir "CinemaPlus Amburan Mall” premium kinoteatrında təşkil olunub.

Qonaqların qarşısında hazırlanmış təzə ət, limitsiz çaxır və soyuq pivə qonaqları gecənin sonunadək müşayiət edib.

Gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, prodüserlər, bloqerlər, KİV və bomond nümayəndələri olublar.

Kinoteatrda musiqi müşayiəti ilə bayram atmosferi təşkil olunub. DJ gecə boyu dinamik musiqi ilə insanları əyləndirib.

Tədbir 2018-ci ildə "Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik ispan filmi – "Eskobar”ın nümayişi ilə bitib.

Filmi dublyaj ediblər: Aqil M. Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev.

Dublyajın baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş prodüser Cəfər Axundzadədir.

Filmin rejissoru və ssenari müəllifi Fernando Leon de Aranoadır. Film kolumbiyalı narkobaron Pablo Eskobardan bəhs edir. Baş rollarda Xavyer Bardem, Penelopa Kruz, Piter Sarsqaard oynayır.

Həmçinin, qeyd edək ki, "CinemaPlus Amburan Mall” premium kinoteatrı kino həvəskarlar üçün 24 saat işləyəcək.

Kinoteatr Bilgəh qəsəbəsində, "Amburan Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. "CinemaPlus Amburan”da dünya standartlarına cavab verən üçzal var. Zallar rahat və ispan istehsalı olan yüskək səviyyəli kreslolarla təchiz olunub.

"CinemaPlus Amburan Mall”da Master İmage 3D texnologiyası tətbiq olunur.

Tədbirin təşkilində dəstək olublar: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution, TORO Steak House restoranı, Merit Brand çaxır şirkəti, Red Bull,TNT kuryer xidməti və Baltika-Bakı pivəbişirmə zavodu.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.