adalet.az header logo
  • Bakı 12°C
25 Iyun 2018 15:28
6954
MƏMLƏKƏT
A- A+

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin təşkilatçılığı ilə "Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda komitənin sədr müavini Səyyad Salahlı, Prezident yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, Mədəniyyət Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi nümayəndələri, ölkədə fəaliyyət göstərən dini icma rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

S. Salahlı bildirib ki, bu il dinlərarası və millətlərarası dialoq üzrə Bakı prosesinin 10 ili tamam olur: "Bu prosesdə Azərbaycan artıq bütün dünya üzrə tolerantlıq nümunəsi çevrilib. Azərbaycanda ümumiyyətlə, heç vaxt antisemitizm və ksenofobiya olmayıb. Azərbaycan xalqı tarix boyu multikultural dəyərlərə sahib olub. Azərbaycanın multikultral dəyərləri artıq 20-yə qədər ölkədə tədris olunur".

S. Aranlı qeyd edib ki, Avropadan, məsələn, Fransadan fərqli olaraq, Azərbaycanda bütün dinlərin nümayəndələri azad şəkildə fəaliyyət göstərirlər: "Məsələn, Fransada yəhudilərin özləri etiraf edirlər ki, yalnız evdə ibadət edə bilirlər, küçədə polis qadağası ilə üzləşirlər. Amma Azərbaycanda hər hansı dinin nümayəndələrinə küçədə qadağa qoyulduğunu görmüsünüzmü? Təbii ki, yox. Bizdə bütün dinlər Konstitusiya çərçivəsində azaddır".

Sonra Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Tamerlan Axundovun məruzəsi dinlənilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa çıxış ediblər.