adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2018 16:41
17630
MƏDƏNİYYƏT
A- A+

Peyğəmbər haqda məşhur film Bakıda təqdim olunacaq

İyunun 28-i saat 17-də Nizami Kino Mərkəzində görkəmli İran rejissoru Məcid Məcidinin "Məhəmməd: Allahın elçisi” filmi təqdim olunacaq.

Adalet.az-ın verdiyi xəbərə görə, İran Mədəniyyəti Günləri çərçivəsində nümayiş olunacaq film hələ çəkilişləri bitməmiş xeyli səs-küy salmışdı.

Belə ki, İslam tarixində ilk dəfə olaraq bu filmdə peyğəmbərin siması göstərilir.

Bunun üçün İran din xadimlərinin məxsusi razılığı alınmışdı.

Filmdə əsasən Məhəmməd peyğəmbərin körpəlik və uşaqlıq vaxtları təsvir edilir.