ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"XƏCALƏT”İ XƏCALƏTSİZ OXUMAQ OLMUR

(Yazıçı- alim, millət vəkili Hüseynbala Mirələmovun ,,Xəcalət” povesti haqqında düşüncələrim)

4754    |   2018-06-25 14:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dahi rus yazıçısı L.Tolstoyun gözəl bir kəlamı var.O deyir:,,Yaxşı bir kitab oxmaq eynilə ağıllı bir adamla söhbət etməyə bənzəyir.Oxucu kitabdan bilik alır və həyatı dərk etmək qabiliyyətini öyrənir”.Dünya ədəbiyyatıəzinəsinə çox dəyərli sənət inciləri bəxş etmiş L.Tolstoyun dahiliyinə mənim heç bir şübhəm yoxdur.Lakin həmyerlimiz H.Mirələmovun ,.Xəcalət” povestini oxuyarkən buna bir daha və ürəkdən əmin oldum.

Desəm ki, əsəri birnəfəsə oxudum, yalan olar.Ona görə ki, oradakı həyat həqiqətlərini dərk etməyə, onları fikrin, hissin, idrakın süzgəcindən keçirməyə düzgün mütaliə etməyi bacaran oxucuya bir az vaxt lazımdır.Və bu qeyri- müəyyən zaman kəsiyində oxucu elə bil ki, əsərin qəhrəmanlarına qoşulub yaxın keçmişimizə qiyabi səyahət edir.Müəllif sanki oxucusunun əlindən tutub onu öz arxasınca addım- addım gəzdirir, erməni faşizminin törətdiyi dəhşətli cinayətləri ona göstərir.Yazıçı tarixi düşmənimiz olan ermənilərin məkrli siyasətini, onların havadarlarının iç üzünü ustalıqla açıb göstərmişdir.

,,Xəcalət” povesti Qarabağ həqiqətlərini, zorla cəlb olunduğmuz bu müharibənin dəhşətlərini büyün bəşəriyyətə çatdıra biləcək səviyyədə qiymətli bir ədəbi nümunədir.

Bu əsər ürəyində az-çox vətən təəssübü, ey qeyrəti olan hər bir azərbaycanlını xəcalət çəkməyə məcbur edir.,,Xəcalət”I xəcalətsiz oxumaq mümkün deyil.Müəllif bu ağır hissi dəfələrlə oxucusuna yaşadır.Əsərin qəhrəmanı Vətən namərd gülləsindən şəhid olan ahıl anasını çölün düzündə, heç bir şəriət ayini icra

olunmadan – yasinsiz, Quransız, kəfənsiz, öz əlləri ilə dəfn edəndə istər- istəməz xəcalət çəkməli olursan.Əzizlərinin meyidlərini görüb dərddən havalanmış qadın saçlarını yolub şabaş kimi başına tökərək qol götürüb oynayanda xəcalət çəkmək lazım gəlir.Vətənin xəstə yatan qızı Didar sinif yoldaşlarının onların necə ağır bir şəraitdə yaşadıqlarını gördükləri üçün xəcalət çəkir.Biz də bu xəcalətə şərik olmalıyıq.Və nəhayət, Qarabağ şairi Seyyid Nigarinin divanını (hansı ki Vətənin babası Qızıllı İsgəndər onu ocağının talismanı adlandırmışdı,hansı ki, Vətən onu xəstə qızına dərman almaqdan ötrü 9 min manata satmağa məcbur olmuşdu) səkidə atılıb qalmış halda küləklər vərəqləyəndə biz xəcalət çəkməliyik.Bu xəcalətdə hamımızın payı var.Heç bir kəsin də bu xəcalətdən yaxasını kənara çəkməyə haqqı yoxdur.

,,Xəcalət” povesti yatmış vicdanlara vurulan şillədir.,,Xəcalət” povesti fikirlərdə, düşüncələrdə inqilab edə biləcək bir sənət əsəridi.Və mən inanıram ki, müasir ədəbiyyatın ən maraqlı nümunələrindən olan ,,Xəcalət” əsəri uzun illər öz aktuallığını saxlayacaq, daim geniş oxucu kütləsinin diqqət mərkəzində olacaqdır.

Sözümün sonunda böyük fransız yazıçısı O.Balzakdan bir sitat gətirmək istəyirəm:,,Krallar müəyyən vaxtlarda, əsl sənətkarlar isə əsrlər boyu insanlar üzərində hökmranlıq edirlər”.

Mən H.Mirələmovu bu qəbildən olan sənətkarlar sırasına aid edirəm və ona yeni- yeni yaradıcılıq sevincləri, bol- bol oxucu sevgisi arzulayıram.Və bir də arzu edirəm ki, H. Mirələmovun qələmi Böyük Qələbəni tərənnüm edə biləcək ruhda köklənsin.İnşaallah,o gün uzaqda deyildir.

Xatirə XATUN


İmza:
SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK