adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Iyun 2018 14:49
19105
SİYASƏT
A- A+

Fərəc Quliyev ittihamlara aydınlıq gətirdi

"Əbülfəz Elçibəy 80" İctimai Təşkilat Komitəsi tərəfindən Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə müxalifət nümayəndələri, Elçibəyin yaxın silahdaşları, deputatlar və digər ictimai xadimlər iştirak ediblər. Sosial şəbəkələrdə isə tədbirdə iştirak etməyən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev sərt ittiham olunur. Adalet.az Fərəc Quliyevlə əlaqə saxlayaraq məsələyə münasibət öyrənib. F.Quliyev bildirib ki, tədbir günü ölkə xaricində olduğu üçün sözügedən məclisdə iştirak edə bilməyib: "Hazırda ölkə xaricindəyəm. Bu üzdən həmən tədbirdə iştirak edə bilməmişəm. Həm şəxsim həm də partiyamız üçün Əbülfəz Elçibəy anlamı dərin məna kəsb edir. Biz hər zaman onun əziz xatirəsini ehtiramla anırıq. Allah ona rəhmət eləsin”.