adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyun 2018 15:14
12835
İDMAN
A- A+

Məşhur türk futbolçu deputat oldu

Türkiyəli məşhur futbolçu Alpay Özalan ölkədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinə üzv seçilib.

Adalet.az-ın "Habertürk"ə istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin sabiq müdafiəçisi millət vəkili seçilib. Onun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Veteran futbolçu doğulduğu İzmirin deputatı olub.

Qeyd edək ki, daha əvvəl Türkiyə futbolunun daha bir tanınmış siması - Hakan Şükür də AKP-dən millət vəkili seçilsə də, daha sonra FETÖ ilə əlaqəli olmaqda ittiham olunduğu üçünABŞ-a köçməli olub.