adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Iyun 2018 15:02
12810
SİYASƏT
A- A+

Məhərrəm İncə seçkinin nəticələrini tanıdı

"Seçkinin nəticələrini dəyişdirə biləcək fərq yoxdur. Dolayısı ilə seçkinin nəticələrini tanıyıram”.

Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidentliyinə CHP-nin namizədi Məhərrəm İncə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, seçki nprosesinin ədalətsiz olduğunu bildirib: "Suruç və Ərzurumda baş verənlər seçkini qana bulanmış seçki etdi. Seçki nəticələrində izaha ehtiyac məqamlar var. "Yox” blokunun 16 aprel referendumundakından aşağı səs toplamasının da izaha ehtiyacı var”.

15 milyon səs topladığını qeyd edən İncə hədəflərini açıqlayıb: "15 milyon səs veriblərsə, bunu 30 milyon da edə bilərlər. Bu istiqamətdə fəaliyyət göstərəcəyəm”.