İyunun 25-dən ölkədə yeni mədəniyyət portalı fəaliyyətə başlayıb.
"Nargin – Sənət adası” adı ilə işə başlayan portal ölkədə ədəbi mühitin canlanmasına, yeni sənət platformasının formalaşmasına xidmət edəcək.
Yaradıcı heyət portalın ad seçimində "Nargin.Az”a üstünlük verilməsini bu adada dəfn edilən mədəniyyət, qırılan ədəbi ənənə ilə əlaqələndirir. Saytın adında həmçinin cəmiyyətdə azlıq təşkil edən sənətsevərlərin ada təəssüratı yaratması da simvollaşdırlıb.
Nargin.Az-ın ugurlari ucun istedadli gənc yazar vəjurnalistlərdən ibarət yaradıcı komanda çalışacaq. Saytın baş redaktoru Sərdar Amindir.