İnsanları fəlakətdən qurtaran Maradona

OĞUZ AYVAZ
37621 | 2018-06-25 16:19

Napoli... Tarixin ən acılı şəhərlərindən... Qonşusu Pompey şəhərindəeramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində insanlar vulkankülünün və lavanın altında qalıb məhv olmuşdular. Ağrılı, yaralı şəhər... Südəmər körpələr, evdən xilas olmağa çalışan qadınlar, kişilər hamısı bir gecədəölmüşdülər. Fəlakət bir şəhəri xəritədən silmişdi.

Fəlakətdən yüz illər sonra oşəhərə çox uzaqlardan bir qəhrəman gəldi. Diyeqo Armando Maradona. Şəhərin qaraxatirəsini sildi. Xalqı ayağa qaldırdı.

Pompey şəhəri Napoli üçün nə qədər acı bir xatirə isə Maradona da odərəcədə unudulmayan, gözəl xatirədi... Maradona və Napoli, bir şəhərlə birəfsanənin bir-biriylə uyğunluğunun şəhanə nümunəsi. İkisinin birləşməsi eşqdadındadır.

Maradona, cənubunda gərçəkdastan yazdı... 

Napoli insanı onu bağrınabasdı.

O, Napoli üçün nələr etmədi ki...

Napoli kimi kiçik şəhər 1987-ci və 1990-cı illərdə İtaliyada çempionolarkən baş rolda "tanqoçu” vardı.

"Milan”, "Yuventus”, "İnter”,"Roma”, "Latsio” kimi nəhənglərin arasından çıxıb çempion olmaq əlbəttəmöcüzəydi. Amma yer üzünə möcüzələr yaratmaq üçün gəlməmişdimi Maradona? Bu şəhərə1989-cu ildə UEFA kuboku gələrkən baş qəhrəman yenə çılğın argentinalıydı.

1990-ci il Dünya Çempionatı İtaliyada təşkil edildi. Yarım final Armandonun ikinci evi Napolidəydi. Oyundanbir gün əvvəl Maradonın sözləri Napoli xalqını öz yanına çəkmək üçün açıqlamaverdi: "Həyatınızın 364 günü İtalyanı və milli komandanıza azarkeşlik edəbilərsiniz. Amma gəlin bir günlüyünə mənim dediyimi edin. Sabah, nə olar mənivə Argentinanı dəstəkləyin.” 

Və Diyeqo bu başdan çıxaransözləriylə stadiondakı İtalyanların yarısından çoxunu öz tərəfinə çəkəbilmişdi.

Nəticə tam onun istədiyi kimioldu. Oyunu penaltilər seriyası nəticəsində Argentina qazandı. Azarkeşlər oyunboyu Maradona şüarları çığırır, sevimli oyunçularına sevgi göstərirdilər.İtalyan Paolo Malidninin söylədikləri təəccüblü idi: "Matç Napolidəoynanmasaydı biz finala çıxardıq.”

Maradona Napolinin sanki kralıolmuşdu. Bütün şəhər o gecə "Maradona, Maradona” deyirdi. Xalq şəhərinmeydanındakı Dante heykəlinə 10 nömrəli Maradona formasını geyindirmişdi.

Belə böyük bir futbolçununyaşıl meydanlara vədası isə daha acı olmuşdu. Dopinq və kokain bəlası onuağuşuna almışdı.

Napolidə hələ də Maradonaxatırlanır. Çünki o bir şəhəri qara buludlarından yox edən adam idi. 

O şəhərə sevgi, sevinc, qələbəgətirmişdi.


TƏQVİM / ARXİV