ANA SƏHİFƏ / YAZARLAR

İnsanları fəlakətdən qurtaran Maradona

16874    |   2018-06-25 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Napoli... Tarixin ən acılı şəhərlərindən... Qonşusu Pompey şəhərində eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində insanlar vulkan külünün və lavanın altında qalıb məhv olmuşdular. Ağrılı, yaralı şəhər... Süd əmər körpələr, evdən xilas olmağa çalışan qadınlar, kişilər hamısı bir gecədə ölmüşdülər. Fəlakət bir şəhəri xəritədən silmişdi.

Fəlakətdən yüz illər sonra o şəhərə çox uzaqlardan bir qəhrəman gəldi. Diyeqo Armando Maradona. Şəhərin qara xatirəsini sildi. Xalqı ayağa qaldırdı.

Pompey şəhəri Napoli üçün nə qədər acı bir xatirə isə Maradona da o dərəcədə unudulmayan, gözəl xatirədi... Maradona və Napoli, bir şəhərlə bir əfsanənin bir-biriylə uyğunluğunun şəhanə nümunəsi. İkisinin birləşməsi eşq dadındadır.

Maradona, cənubunda gərçək dastan yazdı... 

Napoli insanı onu bağrına basdı.

O, Napoli üçün nələr etmədi ki...

Napoli kimi kiçik şəhər 1987-ci və 1990-cı illərdə İtaliyada çempion olarkən baş rolda "tanqoçu” vardı.

"Milan”, "Yuventus”, "İnter”, "Roma”, "Latsio” kimi nəhənglərin arasından çıxıb çempion olmaq əlbəttə möcüzəydi. Amma yer üzünə möcüzələr yaratmaq üçün gəlməmişdimi Maradona? Bu şəhərə 1989-cu ildə UEFA kuboku gələrkən baş qəhrəman yenə çılğın argentinalıydı.

1990-ci il Dünya Çempionatı İtaliyada təşkil edildi. Yarım final Armandonun ikinci evi Napolidəydi. Oyundan bir gün əvvəl Maradonın sözləri Napoli xalqını öz yanına çəkmək üçün açıqlama verdi: "Həyatınızın 364 günü İtalyanı və milli komandanıza azarkeşlik edə bilərsiniz. Amma gəlin bir günlüyünə mənim dediyimi edin. Sabah, nə olar məni və Argentinanı dəstəkləyin.” 

Və Diyeqo bu başdan çıxaran sözləriylə stadiondakı İtalyanların yarısından çoxunu öz tərəfinə çəkə bilmişdi.

Nəticə tam onun istədiyi kimi oldu. Oyunu penaltilər seriyası nəticəsində Argentina qazandı. Azarkeşlər oyun boyu Maradona şüarları çığırır, sevimli oyunçularına sevgi göstərirdilər. İtalyan Paolo Malidninin söylədikləri təəccüblü idi: "Matç Napolidə oynanmasaydı biz finala çıxardıq.”

Maradona Napolinin sanki kralı olmuşdu. Bütün şəhər o gecə "Maradona, Maradona” deyirdi. Xalq şəhərin meydanındakı Dante heykəlinə 10 nömrəli Maradona formasını geyindirmişdi.

Belə böyük bir futbolçunun yaşıl meydanlara vədası isə daha acı olmuşdu. Dopinq və kokain bəlası onu ağuşuna almışdı.

Napolidə hələ də Maradona xatırlanır. Çünki o bir şəhəri qara buludlarından yox edən adam idi. 

O şəhərə sevgi, sevinc, qələbə gətirmişdi.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK