adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Iyun 2018 12:03
19260
ƏDƏBİYYAT
A- A+

Yalnızlığın rəsmini çəkən yazıçı

Yalnızlıq tutqunu bir yazardır Bukovski. Ondan bəslənər, ən dərinlərinə qədər hiss edər təkliyi. Sözlərə çevirə bilmədiyimiz şeyləri bir anda üzümüzə çırpar. Bukovski yalnızlığı belə anladır:

Özümü heç yalnız hiss etmədim.

Bir otaqda təkbaşıma qaldım, intiharın eşiyində. Özümü çox pis hiss etdiyim vaxtlar oldu, amma heç bir zaman birinin otağa girib özümü daha yaxşı hiss etməmi təmin edəcəyini düşünmədim, ya da bir neçə adamın.

Başqa bir deyişlə, təklik məni heç bir zaman narahat etməmişdir, çünki tək qalmaqdan doya bilmərəm.

Mən özümü insan dolu bir otaqda, ya da təzahürat edən tamaşaçılarla dolu bir tribunada ən tək hiss edirəm.

İbsendən bir haşiyə çıxıram: "Ən güclü insanlar ümumiyyətlə təkdir." Heç bir zaman içimdən, "şux bir sarışın içəri girincə özümü daha yaxşı hiss edəcəyəm" - deyə, bir fikir keçirmədim. Xeyr, onun heç bir faydası olmaz. İnsanları bilirsən, "Ey, cümə axşamı, nə edəcəyik? Burada ağzımızı havaya tutub oturacağıq?". Bəli, qətiliklə. Çünki yoxdu çöldə bir şey. Axmaqlıq sadəcə.

Axmaq insanlarla oynaşan axmaq insanlar. Gecəyə qaça-qaça çıxmaq kimi bir ehtiyac içində olmadım heç bir zaman. Barlarda gizləndim, çünki fabriklərdə gizlənmək istəmirdim. Hamsı bu. Milyonlarla insan adına üzr istəyirəm, amma mən özümü heç bir zaman tək hiss etmədim. Özümdən məmnunam.

Bildiyim ən yaxşı əyləncə özüməm. Bir az daha şərab içək!"