adalet.az header logo
  • Bakı 17°C
25 Iyun 2018 12:07
18834
GÜNDƏM
A- A+

Əli Həsənov: Narkotiklərin 80 faizi ölkəyə cənubdan daxil olur

2018-ci ilin beş ayında 1 ton 400 kq-a qədər narkotik vasitə götürülüb.

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavinivə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədriƏli Həsənov deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrinqeyri-qanuni dövriyyədən çıxarılma halları artıb:

"Bu sahədə aidiyyəti dövlət qurumları tərəfindən aparılan mübarizə aktivləşib. 2018-ci ilin beş ayında 1 ton 400 kq-a qədər narkotik vasitə götürülüb. Aidiyyəti nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər.

Bu problem ölkəmiz üçün spesifik problem deyil. Amma ölkədə, regionda böyük həcmli, tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, eləcə də, qaz, neft, istər digər sahələrdə yük daşımaları artdığı üçün, təbii ki, beynəlxalq narkomafiyanın ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Aidiyyəti qurumlar bu məsələ barədə tədbirlər görməlidir”.

Əli Həsənov bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, orada narkotik vasitə istifadəçisi olmasın:

"Azərbaycan bu istiqamətdə tranzit ölkədir. Azərbaycanın iqtisadi inkişafı, dünyada olan mövqeyi beynəlxalq mafiyanın diqqətindədir. Azərbaycandan daşınan narkotiklərin 90 faizi əfqan mənşəlidir.

Ölkəmizin beşcənub rayonu, Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən əfqan mənşəli narkotiklər daxil olur. Ölkəyə daxil olan narkotiklərin80 faizi həmin beş rayondan daxil olur.

Ölkəmizədaxil olan narkotik vasitələr Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır”.