ANA SƏHİFƏ / KRİMİNAL

DİN: 5 tona yaxın çətənə kolları məhv edilib

4451    |   2018-06-25 12:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN-dən Adalet.az-a verilən məlumata görə, iyunun 23-24-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 8,7 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 5 tona yaxın 10 min ədədə qədər çətənə kolları məhv edilib.

Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qabil Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 57 ədəd çətənə kolu, evindən isə 5 kiloqram 520 qram marixuana və 67 ədəd çətənə toxumu, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Səpnəkəran kənd sakini Xanlar Mehdiyevə məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu və çəkisi 2 kiloqram 715 qram olan marixuana götürülüb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Rzayevdən 460 qram marixuana aşkar edilib.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Bayan kəndi ərazisində çəkisi 2 ton 900 kiloqram olan 8400 ədəd, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları isə Malay kəndi ərazisində çəkisi 450 kiloqram olan 1200 ədəd yabanı halda bitmiş çətənə kollarını yandırılma yolu ilə məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK