adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Güc önündə əyilmədən yazmağa davam - Necati Doğru

18693 | 2018-06-25 11:54

"Əlindəngələni edər, seçimi yenə o qazanar” qınağı dünən gecə sandığa basdırıldı,çökdü.

Saray sarsıldı.

Türkiyə sevindi.

Belə yazmaq istərdim.

Yaza bilmədim.

Sandıqdan "Muharrem müəllimin möcüzəsi” çıxdı.Ən aşağıda məhəllədəki muxtarla məscidin imamı, ən başda isə MİT-in kəşfiyyatıilə Baş Qərargah nazirinin göz qorxudan helikopteri daxil dövlətin bütünimknalarını istifadə edərək "birinci turda seçilməyi” umduvə özünə oy verməyənləri "Türkiyə düşməni – vətən xaini” elan elədi. Ən azıyüzdə 60-65 səs almağına əmin olduğu üçün seçkilərə 448 gün tələsdi.Müxalifət partiyaları birləşə bilməzlərdeyə düşünüb "yüzdə 10 tələ”qurdu. Öz qurduğu tələyə özü düşdü. Birlikenerjisinin (CHP-İYİParti- Saadet- HDP) yaratdığı səs gücü təsirli oldu.

Sandıqlaraçıldı.

Səslərsayılmağa başlandı.

Birlikenerjisi qazandı

Təkadamlıq uduzdu.

Səssizqiyam oldu.

Cümhuriyyətəvvələ qayıtdı.

Tunelinbaşında "ədalətin parlaq işığı” yenidən göründü. Xalq 16 il öncə seçdiyini yenəseçki ilə göndərir.

Bunlarıyazmaq istədim.

Ammayaza bilmədim.

* * *

Saat 22:00-u keçir.

Yazının dərc olunması üçün mətbəəyəgöndərmə vaxtı gəldi. Elan olunan nəticələrə görə Prezidentliyi birinci turdayenə Ərdoğan qazandı və Milli Məclisdəki yerlərin çoxuna da "Cümhuriyyətİttifaqı” yiyələndi. Xalqın yüzdə əllisindən, az da olsa artığı yenə güclüiqtidar olaraq davam etməyini məsləhət bildi.

Sandıqdan bu nəticə çıxdı.

Yzara nə etmək düşər?

Güc önündə əyilməmək.

Güc önündə əyilmədən yazmağa davamedəcəyəm. İnanıram ki, hər yazı mərmərə düşən damladır.

Dama-dama!

Mərmərlər oyular.

* * *

Dəqiq olmayan nəticələrə görə xalqınyarısından çoxu , qırsa da, töksə də, "güclü iqtidarın” davam etməyini istədi.Mənə görə bu nəticəyə "əldəki almanı itirmək” qorxusu hakim oldu.

Ata oğluna nəsihət vermiş.

Oğlum sənin yaşın azdır.

Boyun da balaca.

Alma ağacı hündür.

Nərdivan qırıldı.

Sən ağacın ən a.ağı budaqlarındakıalmaları yığ.

Oğlan böyüdü.

Boyu uzandı.

Əlləri alma ağacının yuxarıbudaqlarındakı almaları da yığmağa çatır. Amma o yenə də aşağı budaqlardakıalmaları yığır, yuxarı budaqlara heç cür əl uzada bilmir.

Öyrəndi.

Öyrəndiyini tərgidə bilmir.


Yuxarı budaqdakı almaya əl uzatsam, aşağıdakını da itirərəm deyə qorxur.

Qorxuyaqalib gəlmək zaman istəyir. 

* * *

Qaldıki, bu yazının dərcə getdiyi saatlarda CHP-nin sözçüləri "YSK-nın sisteminəhələ səslərin 40 faizi daxil olmasına rəğmən, sanki səslərin 90 fazinin daxilolduğunun göstərildiyini” iddiasını dilə gətirdilər.

3saatda 90 faiz səs açıqlandı. 4 saat keçdi, 10 faiz səs açıqlanmadı. Ərdoğaneyvandakı çıxışını sonraya saxladı, sonra qərarını dəyişdirdi və eyvanaçıxacağı açıqlandı.

Muharremİnce ise "Ərdoğanın qalib gəldiyini qəbul edirəm” dedi.

Gücönündə əyilmədən.

Doğrularıyazmağa davam.


Dilimizə çevirən Emin Akif

TƏQVİM / ARXİV