adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyun 2018 16:46
8334
İDMAN
A- A+

FİFA Almaniya millisinə qarşı intizam işi açdı

FİFA DÇ-2018-in 2-ci turunda İsveçlə oyundan sonra baş verən insidentə görə Almaniya millisinin iki nümyəndəsinə qarşı intizam işi açıb.

Adalet.az-ın "Reuters"ə istinadən yaydığı xəbərə görə, bunlar yığmanın meneceri Qeorq Bexlau və mətbuat katibi Ulrix Foyqtdur.

Adıçəkilən şəxslər Almaniya millisinin son dəqiqədə vurduğu qələbə qolundan sonra İsveçin ehtiyat oyunçular skamyasına tərəf qaçaraq qarşı tərəfə yumruq göstərib, əl çalıb və digər qıcıqlandırıcı hərəkətlər edib. Nəticədə tərəflər arasında toqquşa baş verib.

Qeyd edək ki, daha sonra Almaniya Futbol Federasiyası, eləcə də Bexlau və Foyqt bu hərəkətə görə üzr istəmişdi.