adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2018 10:40
11792
SİYASƏT
A- A+

Deputat: Türkiyədəki seçkilər bizim marağımızda idi

Bu seçkilər Türkiyənin daxili işi olduğu üçün kimsəninonun seçiminə müdaxilə etməsinə, seçkinin nəticələrini müzakirə etməyə, başqa səmtə yönəltməyə haqqı yoxdur.

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

"Türkiyə ilə, türk seçiciləri ilə oynamaq, onların başları üzərindən yanlış hesablar planlaşdırmaq olmaz. Hesab edirəm ki, Türkiyə, türk xalqı bu seçkilərdən bir daha güclü şəkildə çıxdı və bundan sonrakı dönəmdəTürkiyə daha güclü mövqeyi ilə özünün dünyadakı yerini, nüfuzunu qoruyacaq, qətiyyətli şəkildə irəliyə doğru addımlayacaq.

Türkiyə istər bölgənin, istərsə dədünyanın lider dövlətlərindən biri kimi bundan sonra da öz önəmi, öz əhəmiyyəti ilə seçiləcək. Bu seçkilərdən sonra Türkiyə iqtisadiyyatı daha güclü şəkildə inkişaf edəcək, Türkiyəni və onun sərhədlərini illərdir təhdid edən terror təhlükəsi tam aradan qalxacaq.

Uğurlu "Fərat qalxanı”, Afrin əməliyyatları, eyni zamanda, Kandil, Menbiç əməliyyatları Türkiyənin terrorla mübarizədə nə qədər əzmli və israrlı olduğunu göstərir və inanıram ki, Ərdoğanın yeni prezidentlik dönəmində, lap yaxın zamanlarda da terror, PKK, PYD, YPG, İŞİD təhdidi tam aradan qaldırılacaq, terrorçular tam məğlubiyyətə uğradılacaq. Türkiyənin buna tam haqqı və yetərli gücü var”.

Digər millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü Eldar İbrahimov da Türkiyədə keçirilən seçkilər və onun nəticələri ilə bağlı Türkiyə dövlətini və Türkiyə xalqını təbrik edib:

"Türkiyədə keçirilən seçkilərbizim də marağımız daxilində idi. Bizlərqardaş ölkədə yaşananları, seçki yaşantılarını yaxından izləyirdik və arzu edirdik ki, hər şey Türkiyə xalqının ürəyincə olsun, onun mənafeyinə uyğun şəkildə baş versin.

Çox əlamətdar haldır ki, bu, belə də oldu. Türkiyə xalqı bir daha öz iradəsini, öz qətiyyətini ortaya qoydu, Ərdoğan, AKP iqtidarı ilə yoluna davam etməkdə israrlı olduğunu nümayiş etdirdi.

Həm də dünyaya, Türkiyə ilə bağlı xoş olmayan ssenari cızmağa çalışan dairələrə öz mesajını vermiş oldu ki, artıq Türkiyə o Türkiyə, artıq türk seçicisi əvvəlki seçici deyil, o, doğru ilə yalanı, ağla qaranı daha düzgün ayırd etməyi bacarır, onun seçiminə artıq kimsə qarışa bilməz.

Hesab edirəm və inanmaq istəyirəm ki, həmin dairələr də artıq bu mesajı almış oldular və bir daha anladılar ki, qarşılarında nə qədər güclü, iradəli Türkiyə, türk xalqı var”.