adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Iyun 2018 10:14
8170
İDMAN
A- A+

Mundiallar tarixində qol vuran ən yaşlı dördüncü oyunçu

Panama millisinin müdafiəçisi Felipe Baloy İngiltərə ilə oyunda fərqlənib.

Adalet.az qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu dünya çempionatları tarixində qol vuran dördüncü ən yaşlı oyunçudur.

Belə ki, Baloyun fərqlənən an 37 yaş 120 günlüyündə olub.

Mundiallar tarixində qol vuran ən yaşlı futbolçu Roje Milladır (42 yaş, 39 gün). Kamerunlu futbolçudan sonrakı yerləri isveçli Qunnar Qren (37 yaş, 236 gün) və Kuautemok Blanko (37 yaş, 151 gün) tutur.

Qeyd edək ki, Baloyun bildirib ki, Tunislə oyundan sonra millidəki çıxışını başa vuracaq.