adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyun 2018 14:14
16253
ELM VƏ TƏHSİL
A- A+

Bakı Avrasiya Universitetində möhtəşəm “Məzun törəni” qeyd edilib

Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir, universitetin rektoru professor Nazim Hüseynlinin yeni həyata qədəm qoyan Azərbaycan gəncliyini,eyni zamanda universiteti müvəffəqiyyətlə bitirib məzun adına layiq görülən tələbələrə təbrik müraciəti ilə davam edib. 

 Tədbirə qatılan universitet rəhbərliyi ilə yanaşı ,icimaiyyət nümayəndələri,məzunların valideynləri ən xoş arzularını bildiriblər,bundan sonrakı həyatlarında adlarının həmişə yüksəkdən gəlməsini arzu ediblər. Universitetin hər iki fakültəsinin tələbələrinə ictmai fəallıqlarına,eyni zamanda təhsildə yüksək nəticələrinə görə fəxri-fərmanlar və diplomlar təqdim edilib.Daha sonra universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova çıxış edərək valideynlərə "məzun törəni”ndə fəal iştiraklarına görə təşəkkürünü bildirib və məzun adına layiq görülən bütün tələbələrə "Tələbə andı” na sadiq olmağı tövsiyyə edib. 

 Tədbir tələbələrin çıxışları, Azərbaycanın milli rəqsləri, dəvət olunmuş müğənnilərin ifaları ilə davam etdirilib.