adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Iyun 2018 15:47
14312
DÜNYA
A- A+

İndi Türkiyədə dincəlmək daha ucuzdur

Türkiyənin ən gözəl şəhərlərindən sayılan Samsun və Trabzonda dincəlmək indi daha asan və ucuzdu.

Axar.azxəbər verir ki, Türkiyədəki son iqtisadi durum milli valyuta olan lirənin dəyər itirməsinə səbəb olub. Bu da Azərbaycan manatı ilə Türkiyənin əksər şəhərlərində dincəlməyi daha sərfəli edib.

Belə ki, Türkiyənin Qara dəniz sahili boyu yerləşən əsrarəngiz gözəlliyə sahib Samsun və Trabzonda 1 həftəlik dincəlmək 4 nəfərlik ailə üçün cəmi 600-800 manata başa gəlir.

Hazırda Samsun və Trabzonda dənizə yaxın ev kirayələməyin bir günü cəmi 180 lirə, yəni 64 manatadır. Bir həftə ərzində təxminən 400 manat ödəməklə həm kirayələdiyiniz evdə qala, evin yaxınlığındakı dənizdə dincələ bilərsiniz.

Bundan əlavə, Samsun və Trabzon çarşı və AVM-lərlə, balıq restoranları ilə də zəngindir. Qiymətlər isə olduqca ucuz və münasib.

Yuxarıda qeyd etdiyimiz məbləğə (600-800 manat) avtomobillə gedəcəyiniz təqdirdə gediş-gəliş üçün benzin, kirayə ev, qida üçün pul daxildir.