adalet.az header logo
  • Bakı 7°C
23 Iyun 2018 13:39
8839
GÜNDƏM
A- A+

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq aradan qaldırılacaq - Yeni post TİKİLƏCƏK

Azərbaycan-Gürcüstan sərhəddində yeni sərhəd keçid məntəqəsinin tikilməsi üçün ikitərəfli razılıq əldə olunub.

Bunu Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkiş­af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs­inin rəisi Azər Abas­ov deyib.

O bildirib ki, hazırda Azərbaycanla Gurcüstan arasında 2 quru yolla əlaqə var: "Bunlar "Sınıq Körpü" gömrük buraxılış məntəqəsi və Sadıxlı gömrük məntəqəsidir.

İkitərəfli razılaşmaya əsasən Sadıxlıda beynəlxalq standartlara uyğun ikinci post tikiləcək. Bu tamamilə yeni prinsiplərlə işləyən bir post olacaq. Yeniliyin əsəs mahiyyəti "1 stop" prinsiplərinə əsaslanacaq. Yəni Azərbaycan tərəfində yoxlanılan mal Gürcüstanda yoxlanılmayacaq".

Komitə rəsmisinin sözlərinə görə, yaxın vaxtlarda tikinti işlərinə start veriləcək:

"İnşa ediləcək yeni məntəqə bütün xidmətləri əhatə edəcək. Oradan həm piyada, həm minik, həm də yük avtomobilləri üçün keçid olacaq. O qeyd edib ki, bu məntəqənin tikilməsi gələcəkdə Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü" sərhəd keçid məntəqəsində yaranan sıxlığı 40 faiz aradan qaldıracaq.(modern.az)