adalet.az header logo
  • Bakı 7°C
23 Iyun 2018 12:05
5195
SİYASƏT
A- A+

Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü və rusiyalı həmkarı Vladimir Putini BMT Baş Assambleyasındakı ən təcrübəli siyasətçi adlandırıb.

Adalet.az-ın məlumatına görə, Ərdoğan TRT-yə müsahibəsində bu haqda danışıb.

"Son dərəcə aydın danışacağam. Hazırda BMT Baş Assambleyasında həqiqətən də 2 təcrübəli siyasətçi var. Bunlardan biri mən, digəri isə Rusiya prezidenti Vladimir Putindir. Çünki biz ikimiz baş nazir postunu da tutmuşuq. İndi isə prezidentik”-deyə Ərdoğan bildirib.