Əbülfət MƏDƏTOĞLU: KƏSİŞƏN YOLLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
79655 | 2018-06-25 14:54

Adətən bir yerəgəzməyə və yaxud elə-belə, yolüstü maraq xatirinə səfər edəndə özümdən asılıolmadan hər şeylə maraqlanmağa, tanış simalar axtarmağa çalışıram. Öncədəndeyim ki, göz yaddaşım məni çox az-az hallarda aldadıb. Bir dəfə gördüyüminsanı illər sonra görəndə də tanıyıram. Hətta bir az söhbət edəndən sonra azqala həmin adamla olan tanışlığımızın tarixini də danışmağa başlayıram.Çoxlarına qəribə gəlsə də, ünsiyyət qurmaq, adamları yaddaşıma köçürmək bir növməndə vərdiş halını alıbdı. Hətta bəzən yaxınlarım bu qədər insanları necətanıdığıma, necə yadımda saxladığıma şübhə ilə yanaşırlar. Olsun... Hər haldatanışlığın kimsəyə zərəri olmaz. Üstəlik, hər kənddə, hər eldə bir dostunolması elə həmin kənddə, həmin eldə özünə bir ev, bir sığınacaq tapmağın kimibir şeydi. Naxçıvan səfərim zamanı onunla üz-üzə gəldik. Tam səmimi deyim ki,öncə yerişi, boy-buxunu diqqətimi çəkdi. Hiss etdim ki, bu yeriş, bu boy-buxunmənə tanışdı, onunla hardasa yolumuz kəsişib. Sonra söhbət başladı...

Haşiyə: Şulan Məşdioğlu Abışov 1966-cı ilin avqustunda Naxçıvanın Babək rayonunun Cəhri kəndindədoğulub. Elə bu kənddə də 8 illik məktəbi bitirdikdən sonra Naxçıvan şəhərindəki32 nömrəli orta texniki peşə məktəbinibitirərək avtomobil çilingəri peşəsinə yiyələnib. Sonra Sovet Ordusunda xidmətedib. 1986-cı ildə hərbi xidməti başa vurduqdan sonra Kalininqrad vilayətindəqalıb: həm işləyib, həm də qiyabi ali təhsil alıb. Qiyabi ali təhsilini UkraynanınDnepropetrovsk şəhərində davam etdirərkənbu ali məktəbin mexanika fakültəsindəmilliyyətcə erməni olan müəllimlə sözləri düz gəlməyib. Onun azərbaycanlıolduğunu bilən millətçi erməni açıq şəkildə bildirib ki, mən erməniyəm və sənədə heç vaxt qiymət verməyəcəm. Vəziyyətin bu cür alınması onun təhsiliniyarımçıq qoymağa məcbur edib. Yenidən Babək rayonuna qayıdıb. Və...

Bəli, mənQarabağla, torpaqlarımızın işğalı ilə bağlı yazdığım yazılarda həmişə cəbhədə,ön səngərdə, hətta əsgər və qaçqın düşərgələrinə yardım aparan karvanlardakifayət qədər maraqlı insanlarla qarşılaşdığımı vurğulamışam. Və onlarınçoxunun adı o illərdən qalan yaddaş dəftərimdə hələ də saxlanılır. Əksəriyyətidə özlərini ya adları, ya soyadları, ya da kəndləri ilə qeyd etdiriblər. Tək-təkünvan sahibləri var ki, onlar mənə müsahibə verərkən özləri barəsində də ətraflıdanışıblar...


Bugünkü kimiyadımdadı, ilk dəfə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə ovaxtlar OMON adlandırılan könüllülər gəlmişdilər. Doğrudur, sonradan OMON-çularartıq rəsmiləşdi, onlar Daxili İşlər Nazirliyinin təkibində xüsusi bir qurumoldular. Və yadımdadı ki, o zamanlar Daxili İşlər naziri olan mərhum MəhəmmədƏsədovun əmri ilə yaradılmış həmin quruma general Ramiz Xosrov oğlu Məmmədov rəhbərlikedirdi. Bu "uşaqlar" ölümün üstünə gedirdilər. Onların adı da,onların sorağı da düşmənin bağrını çatladırdı. Sadə dildə desəm, bu laydivaroğlanların canında bir pələng, bir şir gücü var idi. Təəssüf ki, sonradan buqüvvəni siyasətə qatdılar, siyasiləşdirdilər. Şükür ki, indi hər şey özaxarındadı, öz yerindədi. Nə isə...

Hə, yollarımız kəsişmişdiŞulan müəllimlə. Onda o, Bakıda Polis Akademiyasında təhsil alırdı. Həmin vaxtkönüllülərdən ibarət xüsusi qrup ön cəbhəyə, yəni Ağdərə istiqamətinə göndərilmişdi.Bax, orada, Ağdərədə qarşılaşmışdıq Şulan müəllimlə. Ona qədər isə...

Haşiyə: Düşməntorpaq iddiasına düşəndən sonra həyasızlığı getdikcə artmağa başladı. TəkcəDağlıq Qarabağda və onun ətrafında deyil, Naxçıvanda da artıq silahlarsusmurdu. Demək olar ki, Ermənistanla sərhəd bölgədə vəziyyət təhlükəli bir həddəgəlib çatmışdı. Düşmən Sədərək istiqamətində hər gün təxribatlar törədirdi.Bax, belə bir vaxtda Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinintabeliyində xüsusi təyinatlı polis dəstəsi yaradılmışdı. Əsasən könüllülərdən,silahla davranmaq bacarığı olanlardan ibarət olan bu dəstə Nazirliyin əməkdaşlarıtərəfindən təlimlərə cəlb edilib və onların döyüş qabiliyyəti yüksəldilirdi. Vəxüsusi təyinatlılar da artıq Naxçıvanın müdafiəçiləri sırasına daxil edilmişdilər.Şulan Abışov bu müraciətdən xəbər tutan kimi dərhal nazirliyə gəlmiş və qısasöhbətdən sonra onu Xüsusi Təyinatlıların sıralarına qəbul etmişdilər. İndi o,bir vətənsevər övlad kimi öz döyüş dostları ilə birlikdə səngərdəydi. Artıq Sədərək,Havuş, Yuxarı Buzqov, Gərməçataq, Şada, Batabat, Bəyəhməd, Kirid və digər sərhədkəndlərinin qorunması uğrunda gedən döyüşlərdə xüsusi təyinatlıların göstərdiyişücaət təkcə Naxçıvanda yox, onun hüdudlarından kənarda da danışılırdı. İndiŞulan Abışov xüsusi təyinatlıların çavuşu kimi daha məsuliyyətli, daha diqqətliolmağa çalışır, onun komandanlığı altında olan döyüş yoldaşlarının hər biriüçün daxili bir məsuliyyət hissi yaşayırdı. Döyüş dostları kimi o da həm torpaquğrunda döyüşür, həm də ona bir komandir kimi inanan dostlarının taleyi üçünnarahat olurdu. Özü özünə hesabat verir, özü-özündən bu cavan oğlanlar üçün əlavədiqqət, əlavə canıyananlıq tələb edirdi. Onun hər kəsə olan münasibəti döyüşdostlarına yaxşı məlum idi. Onlar da Şulan müəllimi həm böyük qardaş, həm dost, həm də komandir kimi çox istəyir,güvənirdilər. Elə Sədərək kəndindəki Qaraburun və Miltəpə uğrunda gedən ağırdöyüşlərdə Şulan müəllim iki dəfə yaralandı. Ciddi yaraları sağalandan sonra1992-ci ilin iyul ayında nazirliyin göstərişilə onu Bakıya - PolisAkademiyasına yola saldılar. Akademiyadauğurlu imtahanlardan sonra o, kursant adını qazandı. İndi Babək rayonundan gəlmişvə döyüş yolu keçmiş bu cavan oğlan hər bir polis zabitinin keçib mənimsədiyielmin sirlərini öyrənməklə məşğul idi. Lakin...

Ölkədə siyasihadisələr öz məcrasından çıxmaqda idi. Müstəqillik əldə etmiş Azərbaycanda1993-cü ilin sonlarına qədər demək olar ki, bir hakimiyyətsizlik, birbaşıpozuqluq hökm sürürdü. Ona görə də müxtəlif şəxslərin özəl dəstələri, eləcədə özünümüdafiə hissələri açıq-aşkar məhzhəmin şəxslərin iradəsini yerinə yetirirdi. Bax, belə bir vaxtda Akademiyanın rəhbərliyitəqribən 50-60 nəfərlik bir qrupu Ağdərə şəhərinin müdafiəsi üçün Kasaped şəhərinəgöndərdi. Ağır döyüşlər gedirdi. Tam formalaşmamış Milli Ordunun hissələri,könüllülər... eləcə də Xüsusi Təyinatlılar... polis qüvvələri... bir sözlə, beləbir durumda Kasaped kəndindən əks hücuma keçən qrupun bu qeyri-bərabər döyüşdə iki nəfəri yaralandı. Döyüş 1993-cü ilin martayının 7-də olduğundan həmin tarix Şulan müəllimin dəqiq yadında qalıb. Çünki oözü də həmin döyüşdə üç gün Ağdərə şəhərindətək döyüşmək məcburiyyətində qalmışdı. Yalnız üç gündən sonra ərazidə olan qüvvələrNəcməddin Sadıqov və general-mayor Ramiz Məmmədovun rəhbərliyi altında əkshücuma keçərək Qlobus, Vışqa və Qəbiristanlıq adlanan yüksəklikləri düşməndəngeri ala bildi. Bu döyüşlərin iştirakçısı olan Şulan Abışov Akademiyayaqayıdandan sonra öz raportuna əsasən könüllü şəkildə 43 nəfərlə birlikdə Murovdağını aşmaqla Kəlbəcərin müdafiəçilərinin köməyinə getmişdi...

... Söhbətedirik. Əslində bu, söhbətdən daha çox o illərə qayıtmaq idi. O illərə ki, ondayer, göy qan ağlayırdı... onda Azərbaycan qan içində idi... onda qaçqınların,köçkünlərin fəryadı, evləri gözləri önündə yandırılıb yağmalanan insanların"ah"ı ayaq tutub yeriyirdi. Biz hər ikimiz bu hadisələrin canlı şahidi kimi bir-birimizin sözünü kəsə-kəsədanışırdıq, xatırlayırdıq gözlərimizinönünə gətirirdik. O günlərimizin şahidi olan dostların, tanışların adını çəkirdik.Daha çox isə general Ramiz Xosrov oğlu Məmmədovdan danışırdıq. Onuntabeçiliyində olanlara qayğısından, diqqətindən, peşəkarlığından söhbətedirdik. Və bu söhbətin içərisində mən yaddaşımda ilişib qalmış bir məqamı da təzələyirəm.Xatırlayıram ki, həmin Kəlbəcər uğrunda gedən döyüşlərdə düşmənin vurduğu Mİ-8vertolyotumuzun həlak olmuş ekipaj üzvlərinin nəşini məhz Şulan dostumun də daxil olduğu dəstə qarlıaşırımlardan keçirib aşağıya endirə bilmişdi. Bu döyüşlər anbaan Şulanınyaddaşına həkk olunub. Ona görə də o, hər bir hadisəni bütün detalları ilə elədanışır ki, bəzən mən özüm də heyrət edirəm. Şahidi olduğum məqamlar sankigözümün önündə yenidən baş verir, yenidən o barıt qoxusu, o qan qoxusu bürüyür ətrafımı.Və belə bir məqamda Şulan xatırlayır ki, may ayının oratalarında onlar yenidənPolis Akademiyasına qayıdıblar. Təhsilini davam etdirmək istəyi bu qayıdışda dabaş tutmayıb. Çünki iyun ayında həyəcansiqanlı verilib. Avtobuslarla Binə hava limanına, oradan isə TU-154 tipli təyyarəilə Gəncə hava limanına uçublar. General-mayor Ramiz Məmmədov,polkovnik-leytenant Mahir Əhmədov, eləcə də Daxili İşlər Nazirliyinin bir neçəyüksək rütbəli əməkdaşı da onlarla birlikdə olublar. Gəncədə baş vermiş qiyamınqarşısını almaq, eləcə də Gəncə hava limanını qorumaq tapşırığı almış 100-130 nəfərlikqrup artıq ilk dəqiqələrdən bu qədim şəhərdə nələr baş verdiyini anlamağabaşladılar. Açıq-aydın görünürdü ki, Gəncədə hakimiyyət uğrunda silaha sarılanbir dəstə vətəndaş müharibəsindən, qardaş qırğınından çəkinmir. Ancaqgeneral-mayor Ramiz Məmmədovun qətiyyəti, cəsarətli qərarları qiyamçılara havalimanına daxil olmaq imkanı vermədi. Akademiyanın kursantları müdafiəni düzgüntəşkil etdiyindən onların istəkləri reallaşmırdı. Üç gündən artıq davam edən həmlələrəbaxmayaraq, kursantlara üç nəfər qiyamçını həbs edib Bakıya yola salmaq müəssəroldu. Lakin məqsədlərinə çatmaq üçün qan tökməkdən belə çəkinməyən qiyamçılardördüncü gün hava limanını iriçaplı silahlardan, döyüş texnikalarından istifadəetməklə atəşə tutdular. Atılan mərmilər hava limanını tamamilə yararsız halasaldı. Necə deyərlər, qardaş qardaş üzərinə tank, top, hətta qırıcı təyyarə və"krokadil" tipli vertolyotlar da qaldırmışdı. Bütün bunlar nə qədəracınacaqlı və üzücü olsa da, kursantlar sona qədər hava limanının müdafiəsindəqaldılar. Yalnız yaralıları və şəhidləri çıxartdıqdan sonra sonuncu iki nəfərləbirlikdə Şulan da hava limanını tərk etdi. Onlar Samux istiqamətində MingəçevirSu Anbarının kənarından keçməklə Gürcüstan-Zaqatala istiqamətində hərəkət edibŞamaxı yolu ilə Bakıya qayıtdılar.


...Və bir neçə günsonra isə onlara paytaxtda asayişi təmin etmək göstərişi verildi.

Biz söhbətedirik. Bu söhbət zamanı fikrimiz yenidən Naxçıvana, Sədərək hadisələrinə tərəfyönəlir. Şulan dostum onunla birlikdə döyüşmüş Xüsusi Təyinatlıları xatırlayır.Onların arasında qəhrəmanlığı ilə fərqlənən,hamıya can yandıran, necə deyərlər, hamıdan çevik olan İlkin barəsində söhbətaçır və İlkinin adını çəkəndə gözləri yaşarır. Vurğulayır ki, İlkin odparçasıydı. Sovet ordusunda xidmət keçmişdi, idmançıydı. Bir anın içərisində səngərdəyerini elə dəyişirdi ki, düşmən onu hədəfə ala bilmirdi. Sürünə-sürünə düşməninbeş addımlığına qədər gedirdi. Atdığı qumbaralar birbaşa səngərin içərisinədüşürdü. Ona görə də düşmən snayperləri onu izləyirdilər. Axır ki, onların buqara niyyəti baş tutdu. Nişanlı olan, yaxın günlərdə ailə quracağını hamımızaöncədən söyləyən İlkin məhz snayper gülləsilə şəhid oldu. Bu günün özündə dəonun adı gələndə, onu xatırlayanda özümə yer tapa bilmirəm. Və inana bilmirəmki, İlkin şəhid olub...


Bəli, söhbətimizinmövzusu yenidən Bakıya qayıdır. Daha doğrusu, Bakıdakı günlərin ifadəçisinəçevrilir. Şulan deyir ki, 30 nəfərlik bir qrupla məni Daxili İşlər Nazirliyinəgöndərdilər. Mən qrupun rəhbəri idim. Akademiyanın rəhbərliyi bizi yola salarkənşəxsən mənə bildirdi ki, nazirliyə gedib orada əmr və göstərişləri yerinəyetirməliyik. Biz əmrə uyğun olaraq nazirliyə gəldik. Mənə nazirliyinkomendantı vəzifəsi tapşırıldı. Bir müddətdən sonra nazirlikdə işlər öz rəsmiaxarına düşəndən sonra yenidən Akademiyaya qayıtdım. Yalnız 1996-cı ildə təhsilimibaşa vuraraq Naxçıvana göndərildim. O vaxtdan təqaüd yaşımın tamam olduğu2013-cü ilə qədər Naxçıvanda müxtəlif vəzifələrdə çalışdım. Və nəhayət, 2013-cüildə polkovnik-leytenant kimi təqaüdə göndərildim...

Bəli, mənim həyat yolu barəsində artıq kifayət qədərbilgi əldə etdiyim Şulan Abışov üç övlad atasıdı. İki oğlu, bir qızı var. QızıNaxçıvan Dövlət Universitetində, oğlanları isə orta məktəbdə təhsil alır.

Bəlkə də Şulanqardaşımın döyüş yolundan, keçdiyi çətinliklərdən xəbəri olmayan şəxslər üçünbütün bu yazdıqlarım elə bir önəm kəsb etməz. Amma unutmaq lazım deyil ki, məhzŞulan kimi oğulların cəsarəti, qeyrəti, şücaəti, fədakarlığı Sədərəyin müdaifəsinitəmin etmişdi, qardaş qırğınının qarşısını almışdı və Azərbaycanın bugünküinkişafına zəmin olmuşdu. Axı hər kəs ayrılıqda bir fərddi, bir zərrədi. Amma ofərdlər, o zərrələr birləşəndə, bir araya gələndə artıq bu ordudu, bu gücdü, buhəm də Azərbaycandı.


Bax, bu mənada mənQarabağda, işğal olunmuş torpaqlarımız uğrunda gedən savaş yollarında tanıdığımŞulan Məşdi oğlu ilə Naxçıvanda yenidən görüşəndə qədim bir atalar sözünüağlımdan keçirdim. Yəni, "dağ dağa rast gəlməsə də, insan insana rast gəlir". Həmdə inandım ki, mən səngərdə tanıdığım hər kəsə öz mənəvi borcumu ödəməkmissiyasını hələ bitirməmişəm, hələ yazmalı qəhrəmanlarımız, tanıdılasıoğullarımız çoxdu. Bax, onlardan biri də Şulan Məşdi oğlu Abışov idi ki, onunbarəsində mən sizə danışdım. Amma hələdanışılası, yazılası o qədər sözlər, mövzular qaldı ki... İnşallah, o da nəsib olar...

TƏQVİM / ARXİV