adalet.az header logo
  • Bakı 7°C
22 Iyun 2018 17:23
6246
GÜNDƏM
A- A+

Hərbi mahnılardan ibarət konsert keçiriləcək

Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə,Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 23-də saat 17:00-dan 21:00-dək Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanındakı geniş meydanda) Nazirliyin Əlahiddə Nümunəvi Orkestri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edəcək.