adalet.az header logo
  • Bakı 7°C
22 Iyun 2018 17:05
19105
MƏDƏNİYYƏT
A- A+

İran və Azərbaycan birgə film çəkəcək

Azərbaycan və İran müştərək kino çəkəcək.

Adalet.az-ın məlumatına görə, bunu İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, İran mədəniyyət günləri zamanı kinonun çəkilişlərinin aparılacağı yerlər müəyyənləşdiriləcək.

"Filmin mövzusu məhəbbətdir. Film Azərbaycan və İran şirkətlərinin birgə istehsalı olacaq. Kinonun bir hissəsi Bakıda, İçərişəhərdə, digər hissəsi İranda çəkiləcək" - , deyə Ə.Farsi bildirib.