Əbülfət MƏDƏTOĞLU: SEVGİ DUASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
54659 | 2018-06-23 11:12

Gəlin bəribaşdan şərtimizi kəsək. Mənim heç kimlə mübahisə etmək fikrim yoxdu. Heç kim dəmənimlə mübahisə etməsin. Çünki son günlər yaşadığım durum özü-özlüyündə mənədiqtə edib ki, mən haqlıyam. Bu mənada haqlıyam ki, Allahın işinə qarışmaqolmaz. Və üstəlik həm də orada haqlıyam ki, Allah hər kəsi sevgiylə yaradıb,sevgidən yaradıb. Yəni sevgidən kənarda heç nə yoxdu, olmayıb və olmayacaq da!Deyə bilərsiniz ki, nikahdan kənar və yaxud da hansısa bir əyləncə xatirinə Allahsız şəraitdə dünyaya gələcək bir övladın taleyi həll olunur. İnan ki, burda da sevgivar. Sadəcə olaraq, o, etiraf olunmayandı, o, ifadə edilməyən, onun bütündetalları sözə, ipə yatmayan olduğu üçün onu hər kəs ötəri, mənasız və yaxud dagünah sayır. Burda bir nüansı xüsusilə nəzərdə saxlamaq lazımdı. Təcavüz yoluilə dünyaya gəlişinə şərait yaradan və yaxud şərait əldə edən, özü də bilmədənbir sevgi daşıyıcısı olur. Çünki övlad dünyaya gələndən sonra dərhal özvarlığını büruzə verir. Ata da, ana da o uşaqdan imtina etmiş olsa belə, gözü həryerdə o uşağı axtarır, qulağı həmişə o uşağın səsində, sorağında olur. Ekranda,mətbuatda atılmış uşaqlarla bağlı hansısa bir süjetə, fikrə rast gələndə ürəyisəksənir, ruhu bədəninə sığmır. Bəs bütün bunlar sevgi deyil? Gərək ancaq kimsəkiməsə səni sevirəm desin?!

Bu günlərdəgördüm və şahidi oldum. Doğum evində həkimlər özləri dedi: üçgünlük körpədənvalideynlər imtina edib, özü də sağlam doğulmuş körpədən, heç bir qüsuruolmayan körpədən. Səbəb də onu göstəriblər ki, guya hər iki valideyn yetkinlikyaşına çatmayıb və rəsmi nikahdan kənar doğulub bu uşaq...

Fakt gerçəkdi.Amma mənim özümdə də fakta bir şübhə var. Axı, tibbi qanunlar var, insanın dünyaya gəlmə prosesivar. Bu da böyük bir zamandeməkdi. Və bütün bu zaman da insanların gözü qarşısında ötüb gedir. Və heç kimdə o zamanın günbəgün, həftəbəhəftəhamilə qalan qızda, qadında yaratdığı dəyişikliyi görmür, hiss etmir. Bu,mümkün olan bir şeydimi? Və nəhayət, onların valideynləri, təhsil aldığı müəssisə,yaşadığı ərazi və sairə və ilaxır. Bax, bütün bunlar adamı düşündürür, adamıniçindən min dənə sualın göyərib dilə, kağıza köçməsinə səbəb olur. Və beləcə səbəblərçoxalır, cavablar da o səbəblərin içərisində çabalaya-çabalaya qalır. Amma heçkim bilmir ki, həmin o səbəblər də, o cavablar da öz içində olan sevginin diqqətəalınmasını, oxşanmasını, ona qayğı göstərməsini istəyir. Bax, bu istəkreallaşarsa, onda həmin sevgi mütləq qalib gələcək, mütləq göyərəcək. Və onuheç kim dəfn edə bilməyəcək! Təəssüf ki, biz o sevgiləri görmürük və yaxud dagörmək istəmirik. Ona görə də sevgiylə birlikdə özümüz də əzab çəkirik, əziyyətçəkirik. Bax, mən bu dediklərimi bilgisayardayazdırdığım an hardansa ağlıma qəribə bir məqam gəlib düşdü. İnanın ki,həmin o məqam özü də gerçəkdi. Bu dəqiqə mənim iş stolumun üstündə az qala biraydan artıqdı ki, günbəgün ləçəkləri solan bir qızılgül var. Çay stəkanındasuyun içərisinə qoymuşam. Tez-tez suyunu dəyişdiyimdən hərdənbir o suyun içərisinəbir kiçicik qənd parçası atdığımdan yaşayır hələ ki o qızılgül. Amma hər günbir-iki ləçəyi qopub-düşür. Düşünə bilərsiniz ki, sevgiylə bu qızılgülün taleyiarasında hansı əlaqə var? Mən bilirəm. Çox istərdim ki, bunu siz də biləsiniz.Biləsiniz ki, bu, əslində həmin o sevginin pünhan formasıdı. Doğrudur, mən onaşeir də yazmışam. Demişəm ki:


Güldanda solmuşçiçək

Kövrəldim görübsəni...

Kimdə idi bu ürək-

Hansı əl dərib səni?!


Xəyalıma toratdın

Mənim ahımabatdın...

Özünü hardatapdın -

Kim kimə verib səni?!


Göz ağlar, ruhyaralı

Pərişandı yarhalı...

Görəydim kaş yarəli -

Sinəmə sərib səni.


Bəli, insan təbiiki, bütün halıyla, bütün durumuyla fərqli bir ovqat sahibi olmaqla yanaşı, həmdə fərqli bir aləmi özündə, varlığında daşıyır, ifadə edir. Hansı səmtdən baxırsan bax,iki insan bir-birinin eyni deyil. Və bir-birinin eyni olmayan bu insanlarındünyaları da eyni deyil. Və mən eyni olmayan dünyanın fərqli insanlarınınbir-birinə olan münasibətini həmişə həm maraq, həm də ehtiyat hissləriylə izləmişəm.Çünki insanların xislətindəki özününküləşdirmə, özəlləşdirmə niyyəti o qədər güclüdür ki, çox az-azhallarda başqasının haqqını qəbul edir, başqasının haqqıyla razılaşır. Bunuhamı bilir və hamı da öz içərisində, təbii ki, mənimlə razılaşar. Amma bizim, yəniinsanın bir xüsusiyyəti də odur ki, adətən dildə daha güclü oluruq, dildə hər şeyi, hər sözüdeməyə daha çox meyl göstəririk. Ona görə də insanı dil pəhləvanı da sayırlar.Bax, dil pəhləvanı olan biz insanlar barmağımıza tikan batmayana qədərqarşımızdakının ağrısını sona qədər qəbul edə bilmirik, anlaya bilmirik. İndikifutbolsevərlərin diliylə desək, özümüzə transfer etmirik. Ona görə də ortadabir sərinlik, bir soyuqluq yaranır. Bu da insanları bir-birindən uzaqlaşdırır,bir-birindən müəyyən bir məsafədə saxlayır. Elə bu məqamda da gözü yolda olan, əzabçəkən, həsrət yaşayan yenə Sevgi olur. Deməli, bütün hallarda biz sevgininobrazlı desəm, qatilinə çevrilirik, ona düşmən kəsilirik.


Mənhəkimin xəstəyə münasibətini izlədikcə tərəddüdlə gerçəyin, gümanla inamın necəüz-üzə gəldiyini, necə bir-birilə əlbəyaxa olmağa hazır dayandığını gördüm vəhiss etdim. Gördüyümlə hiss etdiyim özü də mənə imkan verdi ki, həkimin hardasalaqeydlik kimi görünən münasibətinin arxasında bir sevgi dayandığını qəbuledim. Yəni mənə bir xəstə sahibi kimi dilucu cavabı və yaxud mövzuya dəxliolmayan səbəbləri nə qədər qıcıq doğuran olsa da, amma onun arxa planında, altqatında bir peşə sevgisinin, bir xəstəni yaşatmaq sevgisinin varlığı başqa birsöhbətdə, başqa bir təmasda qəfil yağan yağış kimi ortaya çıxır. Və qalırsançaş-baş və qalırsan odla su arasında. Deyə bilmirsən ki, bunlar niyə belə edirlər?Amma deyə bilmədiyin anda Əli Kərimin məşhur şeiri yada düşür. Həkimin gözləri gizlənirsə, bu başqa məsələ.Amma dili söz oynadırsa, deməli, hələ sevgi yaşayır, deməli, hələ sevgiyə ümidvar...

İndi bir insan,bir xəstə sahibi olmaqla yanaşı, həm də bir yazı-pozu adamı kimi də düşünməkzorundayam. Ümumiyyətlə, İbn-Sinadan və ondan da öncədən üzü bu günə təbibin dərmanetməsi, xəstənin təbib araması olub, var və yəqin ki, dünya durduqca da olacaq.Bu da o deməkdir ki, həkim-xəstə münasibətinin bütün çalarları olub, var vəolacaq. Hər iki halda insanın içindəki inam və inanca onun yaşamına stimuldur.Bu stimul da əslində həkimdən, təbibdən gəlir. Təbii ki, həkim, təbib Allahınbir bəndəsi olmaqla bərabər, həm də bilgi sahibi olan, peşə sahibi olanbirisidi. Bax, bu mənada Allahdan gələn sevgi peşədən xilaskar olmaq sevgisinəqarşı güclənir. Həmin güc də sonda ona dikilən baxışlara işıq verir... ona açılanəllərə əl uzatmaqla sonməkdə olan şamı daha gur yandırır. Öləziyən o közünüstünə yağ damızdırıb onu alovlandırır. Beləcə, Tanrı sevgisi yazı-pozuadamının sevgisi, həkimin sevgisi, xəstənin sevgisi, xəstə sahiblərinin sevgisitoplum halında qollu-budaqlı bir çinara çevrilir... bir sərt qaya parçasıolur... bir dalğalanan dənizə, sulara çevrilir. Nəhayət, nəticə üzə gülür. Yənisevgi öz hökmünü verir.

Sizi deyə bilmərəm,mən bütün bu dediklərimin fonunda sevgiyə inandığımı, sevgiyə güvəndiyimi bəyanetməyə çalışdım. İstədim ki, dərdin özündə də sevgi olduğunu, hətta ölümün birdamarının sevgidən ibarət olduğunu ifadə edim. Axı, Allahın bir zərrəsi olan busevgi hər yerdə var, hər anda var. Ona görə də:


Sevindir mənigörüm

Dodağın necəqaçır?!

Üz-gözündə təbəssüm-

Çiçək tək necəaçır?!


İçin-için oxunan

Duman kimi yoxolan...

Saçlarınatoxunan -

Əllərim işıqsaçır...


Tutulsaq da,dolsaq da

Pardaqlanıbsolsaq da...

Hər an birgəolsaq da -

Hər an ürəyimacır...


Mən əlimi göyəaçıb Tanrıya dua edəndə öncə ondan hər kəsə ürəyinə görə verməsini xahiş edirəm.Ona görə ki, sevgi ürəkdə olur. Əgər ürəyə görə hər kəs haqqını alsa, ondasevgi də haqqını almış olacaq. Və bu həm də o deməkdi ki, günündən, saatından,yerindən, məqamından asılı olmayaraq, insan bir missiyanın daşıyıcısıdı. O daböyük hərflərlə yazılan İNSAN olmaqdı! Əgər İNSAN ola bilsək, onda sevgimiz dəxoşbəxt olacaq özümüz kimi. Bunu əminliklə deyirəm və özümə inandığım kimi dəfikirlərimə inanıram. Hətta üzümü sənə tutub deyirəm ki:


Ruhumu bələyirəm

Gözününişığına...

Könlümü ələyirəm-

Özününişığına...


Əriyir zərrə-zərrə

Qarışıramhalına...

Çevrilirəm heçkimin -

Görmədiyimxalına...


Ovuduram özümü

O gizli xaladına...

Hər köynək dəyişəndə-

Mən düşəcəmyadına...


Bəli, bu yazını içinizdəki,həyatınızın həranındakı sevginin adına dua kimi yazdım. Və əlimi göyə açıb Tanrıdan SEVGİləri,SEVGİlərin barını acizanə diləyirəm. Allahım SEVGİləri və onun barını qorusun!


TƏQVİM / ARXİV