Faiq QİSMƏTOĞLU: UCALIĞIN ZİRVƏSİ

FAİQ QİSMƏTOĞLU
52510 | 2018-06-22 15:13

… Onda aləm bir-birinəqarışmışdı... Və onda Füzulinin ən ağır günüydü… Onda 1993-cü ilin avqustun 23-dü...Hava həddindən artıq isti olsa da, insanlar canlarının hayındaydı. Aləm necə qarışmışdısa,hətta doğma insanlar bir-birini ayaqlayıb getmək istəyirdi. Bir tərəfdən də erməniordusunun yaxınlaşması bu vahiməni daha da artırırdı…

Füzulinin «Dördyol»deyilən Əhmədbəyli, Bala Bəhmənli kəndini birləşdirən bu yerdə ah-nalə, göz yaşıbir selə bənzəyirdi. Camaat bilmirdi ki, hara üz tutsun. Və camaat üzü Beyləqan,İmişli istiqamətinə tələsirdi. Belə bir məqamda Füzuliyə yenicə icra başçısı təyinolunmuş Nəbi Muxtarov camaatın qarşısına çıxdı. Tozun, torpağın və həyəcanın içindəboğulan insanlar son ümid kimi gözlərini ona dikdilər. Nəbi müəllimin də gözləridolmuşdu. Çünki artıq Füzuli şəhəri işğal olunmuşdu… Çünki artıq rayonun böyük birərazisi yağıların əlinə keçmişdi. Nə qədər ağır olsa da, o, gücünü toplamağı bacardıvə pərən-pərən düşmüş camaatı sakitləşdirirdi. Onun bu təsəlliverici sözlərindənsonra camaat bir qədər rahatlaşdı. O, «Dördyol»dan geri dönüb Horadiz istiqamətinəgetdi. Və orda da elə, obaya arxa durdu. Yenə camaatın gözü ona dikildi. Yenə ümidyeri kimi Horadizdə də insanlar ona baxdı. Bir an ləngimək insanların məhv olması,əsir düşməsi demək idi. Nəbi Muxtarov hər anın, hər dəqiqənin qədrini qiymətləndirməyibacardı. Araz çayının üstündəki körpüdən çoxlu sayda insanları İrana keçirdi vəözü də axırda onların arxasınca getdi. Yəni başqa vəzifə sahibləri kimi camaatdanəvvəl rayondan çıxmadı. O, göydən qrad yağa-yağa, mərmi yağa-yağa çoxlu sayda insanlarıİran tərəfə keçirməyə nail oldu. O, buna nail oldu. Ancaq bir günün içərisində30-40 ilin əzabını yaşadı. Və özü də xəbəri olmadan bu həyəcandan şəkər xəstəliyi tapdı…

… O insanlar xalq,millət tərəfindən sevilirlər ki, ən yüksək vəzifədə olanda, kresloda əyələşəndəədalətli, obyektiv və vicdanla işləyirlər. Yənihəmin adamlar gözünün işığı olsa da, haqsızdırsa, ona haqq qazandırmır, haqqın,ədalətin yanında özlərini görürlər. Nəbi Muxtarov da hansı vəzifədə işləyibsə, həmişəzəifin, acizin, haqlının, ədalətin yanında olub. Və bu da ona həmişə ucalıq, şərəfvə qürur gətirib. Biz Nəbi müəllimin, Aslan Mehdiyevin komsomolçuları olmuşuq. Düzdür,biz komsomola keçəndə komsomolun birinci katibi Qəzənfər müəllim idi. Amma Qəzənfərmüəllimi cəmi bir dəfə görmüşdük. O da komsomola keçəndə. Nəbi Muxtarovu isə ortaməktəb illərində tez-tez görürdük və bəzən də elə ona bənzəmək istəyirdik. Çünkiyığıncaqlarda, iclaslarda o qədər gözəl, o qədər səlis danışırdı ki, biz ona qibtəyləbaxırdıq. Düşünürdük ki, Allah, görəsən biz də belə gözəl danışa, çıxış edə bilərikmi?Yəni Nəbi müəllim tam səmimi deyim ki, sözün həqiqi mənasında bizim kimi gənclərəböyük örnək idi.

O, müxtəlif məsulvəzifələrdə çalışıb. Komsomolun birinci katibi vəzifəsindən tutmuş nazir müavinivəzifəsinə qədər, hətta komitə sədrinin müavini vəzifsində də işləyib. Və o cümlədən müxtəlif dövrlərdə yüksək vəzifələrdə əyləşib.Ən nəhayət, 1993-cü ilin avqustunda Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Füzulirayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Nə az, nə çox, düz18 il bu vəzifədə kişi kimi işləyib. Ona görə kişi kimi deyirik ki, o harda olubsa,hansı vəzifədə çalışıbsa, şərəflə, ləyaqətlə, namusla işləyib. Vəzifə onu deyil,o vəzifəni ucaldıb və vəzifəyə şərəf gətirib. Hansı iş tapşırılıbsa, orda Nəbi Muxtarovmodeli, Nəbi Muxtarov ab-havası hiss olunub.

İstedadlı yazıçıvə dostum Seyran Səxavətin iki misrası yadıma düşür: «Gedib yetmiş iki dil öyrənmişəm,hələ tapmamışam dilini sənin».

Nəbi Muxtarov120 mindən çox əhalisi olan Füzuli camaatı ilə öz dilində danışmağı bacaran birvəzifə sahibi, ziyalı olub. Və hamı da yaxşı bilir ki, Nəbi Muxtarovun bir sifətivar: arxada necə idisə, üzdə də o cür davranıb. Tay başqaları kimi ciliddən-cilidəgirməyib. Elə Nəbu Muxtarovu da Füzuli camaatına sevdirən, doğmalaşdıran, yaxınlaşdıranbu Kişiliyidi. O, dosta dost deyib, düşmənə düşmən!Yəni pambıqla baş kəsənlərdən olmayıb. Onun yanına davayagələn adam axırda elə yumuşalıb muma dönüb ki, buna görə Nəbi müəllimdən sonda uzristəyib. Çünki Nəbi Muxtarov o havalı gələn adamın havasını almağı bacarıb, onunladil tapıb və axırda da o şikayətçi yerdən göyə qədər razı halda kabineti tərk edib...

Axı dedim, Nəbi müəllimhamının dilini bilən adam olub. Bizim Bəhmənli kəndi çox ağır bir eldir. Siz təsəvvüredin, Nəbi Muxtarov o kənddəki adamların əksəriyyətinin şəcərəsini, tarixini, kökünü çoxlarından gözəl bilir. Mənim özüm də Bəhmənlininhər hansı tayfası barəsində bilmədiyim həqiqətləri və tarixi Nəbi müəllimdən öyrənmişəm.İnsan bu qədər məlumatlı, savadlı olarmı?! Hər hansı kəndçimizdən danışanda Nəbimüəllim onun yeddi arxa dönənindən söhbət edirdi. Və mənim də matım-qutum quruyurdu.

… Bir dəfə elə olduki, vaxtilə Mircəfər Bağırovun həbs etdirdiyi kolxoz sədri Müseyib kişidən söhbətdüşdü. Nəbi müəllim dedi ki, mən onu yaxşı tanıyıram, yanımda da olub. Soruşdumki, Müseyib kişi, o vaxt Mircəfər Bağırov sizi niyə tutdurmuşdu? Dedi ki, bir sözdedi, eləmədim. Ona görə də gedib türmədə yatdım. Amma yenə desələr, eləmərəm. Nəbimüəllim deyir ki, Müseyib kişinin bu qətiyyətini, polad iradəsini görəndən sonraona hörmətim birə-beş artdı.

Nəbi müəllim bizimailəyə çox yaxın, doğma bir adamdı. Ən azından ona görə ki, atam Qismət kişiyləduz-çörək kəsib, qardaşım Qürbət müəllimi təmənnasız olaraq Füzuli rayon İcra Hakimiyyətindəişə götürüb. Hətta rəhmətlik qardaşım bir dəfə dedi ki, getdim Nəbi müəllimin yanına,ona elədiyi yaxşılığın bir hissəsini qaytarım. Nəbi müəllim bunu biləndə mənə əsəbləşdivə dedi ki, get mənə elədiyin yaxşılığı camaata elə. Elə sən qaçqınları və köçkünləriyola verirsən, onların problemlərini həll eləyirsən, bax, bu mənə böyük köməkdi.Mən Nəbi müəllimin yerinə «Quran»a əl basaram ki, o çox adama belə təmənnasız köməkedib, çörək verib, arxa durub. Amma onun çörəyini itirənlər də olub və çörəyiniitirənlər də Allahın cəzasına çatıb.

Biz icra başçısıgörmüşük ki, onun oğlu, qardaşı, qohum-əqrəbası rayonda at oynadıb. Kefi istədiyiişləri görüblər. Ancaq bu gün Füzulidə bir kimsə deyə bilməz ki, Nəbi müəlliminişlədiyi 18 ildə onun hansısa qohumu, doğması bir ərköyünlük edib, camaata yuxarıdanaşağı baxıb. Buna mən günəşin çıxması kimi inanıram. Çünki Nəbi müəllim elə birziyalı ailəsindən çıxıb ki, o ailədə həmişə Allah sevgisi və halallıq öndə olub.Allah sevgisi və halallıq olan yerdə çətin ki, kimsə cızığından çıxa bilər.

Mən həmişə Aslan Mehdiyevlə Nəbi Muxtarovun dostluğuna çoxböyük sevgi, çox böyük məhəbbətlə yanaşmışam. Hansı məclisə, xeyir-şərə getmişəmsə,hər ikisini bir yerdə görmüşəm. Onları bir yerdə görəndə mənim ürəyim dağa dönüb.Və bir dəfə də mənim dostum, qardaşım Əbülfət Mədətoğlunun atasının yas məclisindəhər iki dostu yas mərasimi olan binanın yaxınlığında gördüm. Hər ikisiylə öpüşübgörüşdüm və ürəyimdən keçənləri dedim: «Bax, sizin bu cür mehribanlığınız Füzulidənolan vəzifə sahiblərinə çox gözəl nümunədir. Bu o deməkdir ki, biz dostluğu, duz-çörəyivəzifədən üstün tuturuq. Hər ikinizə mehribanlığa və səmimiyyətə görə, eşq olsun!».

… O, həddindən çoxmütaliəli, savadlı, dünyagörüşlü bir ziyalıdır. Nəbi müəllim nə qədər çox gözəldanışırsa, bir o qədər də dinləməyi, qulaq asmağı bacaran bir insandı. Gərək onunlaünsiyyətdə olanda oturuşuna, duruşuna, danışığına fikir verəsən. Görəndə ki, qarşısındakısavadlı, bilikli, ağıllı adamdı, Nəbi müəllim onun söhbətinə əvvəldən axıra qədərqulaq asır. Və Nəbi müəllim həm də istedadlı, savadlı jurnalistlərə vəzifədə olandada bu gün də diqqətlə yanaşıb. Əgər o jurnalist həqiqətən jurnalistdirsə, Nəbi müəllimindiqqətindən heç vaxt kənarda qala bilməz. Füzulidən çoxlu sayda istedadlı, tanınmışyazıçılar, şairlər və jurnalistlər var. Onların hamısı və içi mən qarışıq Nəbi müəlliminxətrini çox istəyirik. Bilirsiniz niyə? Ona görə ki, bu kişi hansı vəzifədə olubsa,elə olduğu kimi də qalıb. Bu gün tək-tük vəzifə sahibləri el-obanın arasına çıxabilir. Nəbi Muxtarov da belə kişilərdən biridi. O, Füzulidə hansı qapını açsa, hansıhəyətə girsə, Allaha and olsun ki, onu duz-çörəklə, çox böyük hörmətlə qarşılayarlar.

Bizim ailənin ənağır günündə Nəbi Muxtarov yanımızda olub. Anam rəhmətə gedəndə də qardaşım dünyasınıdəyişəndə də düz iki-üç dəfə öz başının adamlarıyla məclisimizdə iştirak edib. Həttabir dəfə Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə qardaşım Qürbət müəllimin yasına gəlmişdilər. Bax, onda da həriki böyük şəxsiyyətin bizim yas məclisində iştirak etməyi dərdimizi yüngülləşdirdivə bu insanları bizə bir daha doğmalaşdırdı.

Nəbi müəllimin atasıMuxtar kişi ədəbiyyat müəllimi olub. Bəlkə dəelə Muxtar kişinin ona verdiyi tərbiyənin, elmin və savadın bəhrəsidir ki,onun belə böyük ürəyi var. Mən düşünmürəm ki, Nəbi müəllim vəzifədə olanda dahahörmətli idi. Bu, əsla belə deyil! Nəbi müəllimvəzifədə olanda elin-obanın hörmətini qazanmağı bacarmışdı və bu gün də qazandığıo hörməti xərcləyir. Və deyərdim ki, bu günFüzulidə Nəbi müəllimin hörməti vəzifədə olduğundan da qat-qat çoxdur. Mən özümdəfələrlə şahidi olmuşam, o hansı məclisəgedibsə, vəzifə sahiblərini qoyub camaat gəlib onunla görüşüb. Vallah, bundan böyükhörmət, sevgi ola bilməz!..

… Bu yazını neçəaydı ürəyimdə gəzdirirəm, dolandırıram. Əvvəllər bir neçə dəfə yazmaq istədim, ancaqalınmadı. Çünki Əbülfət Mədətoğlu Nəbi müəllmi barəsində o qədər gözəl və səmimiyazı qələmə almışdı ki, qorxurdum mənim yazım o yazıya kölgə sala bilər. Amma yazınıqələmə almamışdan öncə sərlövhəni Əbülfət Mədətoğluna dedim və o da xırda redaktəilə sərlövhəni bəyəndi. Tay bilmirəm, Nəbi müəllim mənim qələmə aldığım bu yazınıbəyənəcək, yoxsa bəyənməyəcək?! Ancaq sadəcə olaraq, mən ürəyimin səsini dinlədimvə onu qələmə aldım.

Qələmə aldım ki,qoy Nəbi Muxtarovu tanıyanlar da, tanımayanlar da bilsin ki, o, sıradan bir insandeyil. Nəbi Muxtarov uca dağların zirvəsidir. Və uca dağların zirvəsi həmişə ənuzaq yerdən belə görünür. Çünki uca dağların zirvəsində nə qədər külək, qar, yağış,tufan olsa da, yenə ucalığında qalacaq…


TƏQVİM / ARXİV