adalet.az header logo
  • Bakı 7°C
22 Iyun 2018 16:02
7190
SAĞLAMLIQ
A- A+

Futbol infarkta səbəb ola bilər

Futbol matçını izləyən insanlarda ürəyə düşən gərginlik artır ki, bu da ürəyi zəif olan, yaşlı insanlarda ürək tutmasına və infarkta səbəb ola bilər.

Sağlamolun.az məlumatına görə, İşveçrə alimləri sübut edir ki, böyük futbol yarışmaları zamanı bütün dünyada ürək tutmaları və infarkt halları xeyli artır.

Mütəxəssislər vurğulayır ki, stadionlar, kafe, barlar və s. bu kimi kütləvi yerlərdə futbolu izləyən insanlarda ürək tutmasının riski evdə futbola baxan insanlarla müqayisədə daha çoxdur. Futbolu izləyərkən enerji və spirtli içkiləri içmək, çoxlu yemək də bu riski artırır.

Bu səbəbdən mütəxəssislər ürək problemləri olan insanlara futbol yarışmalarını ev şəraitində izləməyi tövsiyə edir. Belə insanların ailə üzvləri də diqqətli olmalı və azarkeşin vəziyyətində hər hansı dəyişiklik gördükdə dərhal təcili yardım çağırmalıdır.