adalet.az header logo
  • Bakı 6°C
22 Iyun 2018 15:23
8789
HADİSƏ
A- A+

Qanunsuz balıq ovlayanlar 3592 manat cərimlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Corat və H.Z.Tağıyev qəsəbələri istiqamətində keçirilən reydlər zamanı qəsəbə sakinləri Qulu və Elman Ağayevlər, Allahyar Bədəlov qanunsuz balıq ovu edərkən saxlanılıb və onlardan 18 ədəd kütüm, 7 ədəd nərə balığı və ov alətləri götürülüb. Qanun pozucuları barəsində balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütümə görə 594 və nərəyə görə isə 1540 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Xanabad kəndi və Samux rayonu ərazilərində keçirilən reydlər zamanı Mingəçevir şəhər sakinləri Azər Dünyamalı və Ramin Bayramsoy qanunsuz balıq ovu edərkən saxlanılıb. Qanun pozucularından 45 ədəd şahmayı balığı götürülərək barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 1485 manat məbləğində iddia qaldırılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanuna müvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.