adalet.az header logo
  • Bakı 7°C
22 Iyun 2018 16:09
7092
HADİSƏ
A- A+

Zərdabda yol qəzası - Ölən və yaralılar var

Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, iyunun 21-də saat 10 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi "VAZ-2107” və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi "Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.