adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2018 13:08
12072
İDMAN
A- A+

SAQQAL MESSİYƏ DÜŞMƏDİ

Arda Turanın başına lent bağladığı uzun saçlı dövrü yadınıza düşür? «Real»da qan eləyirdi. Dünyanın ən məşhur və ən bahalı futbolçuları siyahısındaydı. Bir gün sayın Ərdoğan getmişdi Madridə, Arda ilə görüşəndə dedi ki, Madriddə bir dəlləkxana yoxdu, bu nə saçdı saxlayırsan? Səhərisi günü Arda getdi dəlləkxanaya, saçını-başını qırxdırdı və saqqal buraxdı. Elə o gündən də ulduzu söndü, getdi «Barselona»da «zapas»da oturdu, orda da gördülər oynaya bilmir, qovdular. İndi gəlib Türkiyədə hansısa komandadasa top qovalayır.

Messi də məsum bir gəncə oxşayırdı, şokolad kimi bir oğlanıydı. Qorxdu göz dəyə, ya nə, bəlkə də Argentinanın prezidenti nəsə dedi, o da saqqal buraxdı və bu saqqaldan sonra da yavaş-yavaş - pendir-lavaş.

Həyatda kumirim olan dörd futbolçu var: Pele, Maradona, Bloxin və indi də Messi. Türklər demiş, çox sevərəm kəndisini. Xorvatiyaya uduzandan sonra göz yaşları saqqalına süzüləndə mən də göz yaşlarımı saxlaya bilmədim.

Get saqqalını qırxdır, dostum. Saqqal hər adama düşmür.