adalet.az header logo
  • Bakı 18°C
22 Iyun 2018 13:02
3188
HADİSƏ
A- A+

4 gün əvvəl Kürdə batan Yevlax sakininin meyiti tapılıb

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

FHN-dən Adalet.az-a verilən məlumata görə, C.Əlilinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​