Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Sabah “Xalqın şairi” yarışmasında finaldır Adalet.az | Sabah “Xalqın şairi” yarışmasında finaldır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Sabah “Xalqın şairi” yarışmasında finaldır

13594    |   2018-06-22 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bizim məqsədimiz ev vermək deyildi”.

Adalet.az xəbər verir ki, bu sözləri kulis.az-a açıqlamasında tanınmış aparıcı Mübariz Əsgərov söyləyib.

ARB Tv-də yayımlanan və böyük maraq yaradan "Xalqın şairi” verilişinin qalibi sabah saat 12-də Muğam Mərkəzində açıqlanacaq. Layihənin rəhbəri Mübariz Əsgərovun sözlərinə görə qaliblər pul mükafatı ilə mükafatlandırılacaq:

"Final mərhələsini izləmək istəyən hər kəsi Muğam Mərkəzinə dəvət edirik. Qoy hər kəs görsün ki, seçim necə olacaq. Hesab edirəm ki, tam şəffaf bir müsabiqə oldu. Biz layihəyə başlayanda düşünmüşdük ki, qalibə dağ kəndində yığcam ev verək. Sonra ev üstündə o qədər ajiotaj yarandı ki, müsabiqənin əsas məqsədi yaddan çıxdı. Müsabiqə başlamamışdan qabaq söz-söhbətlər yayıldı ki, evin kimə verilməsi məlumdur. Qıraqdan baxıb fikir bildirəndə önəm vermək olmaz. Bizim müsabiqənin məqsədi ev vermək deyil. Çoxları düşündü ki, məqsəd yalnız budur. Layihənin məqsədi isə kiməsə ev vermək yox, yaradıcı insanlara şərait yaratmaqdı. Biz daha sonra müzakirə etdik və qərara aldıq ki, həmin evin dəyərinə uyğun qiyməti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərinə verək. Həm qalibləri pulla mükafatlandıraq, həm də onların ayrıca kitablarını nəşr edək. Bundan əlavə bütün finalçıların şeirləri almanax kimi çap olunacaq. "Teas Press”lə danışmışıq, nəfis tərtibatda 12-20 imzadan ibarət almanax işıq üzü görəcək. Eyni zamanda finalçıların imza günləri keçirməyi nəzərdə tutmuşuq. "Libraff”ın kitab evlərində maraqlı imza günlərini keçirdəcəyik. Həmçinin müəlliflərin xarici dillərə çevrilib dünyaya yayılması da nəzərimizdədir. Biz qaliblərin dağ kəndində yox, poeziyada evlərinin olmasını istədik. Müsabiqəni keçirməkdə məqsəd cavanlara meydan vermək idi. Hesab edirəm ki, məqsədimizə nail olmuşuq. Qaliblərin açıqlamasından sonra, iyulun 22-də böyük bir bayram keçirəcəyik – poeziya bayramı. Biz əlimizdən gələni etdik ki, bu yarışma əməlli-başlı söz bayramı olsun”.




İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK