adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Iyun 2018 12:19
7980
GÜNDƏM
A- A+

Yaşıllığı məhv edənlərə qarşı cərimələr artırılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllığı məhv edənlərə qarşı cərimələrin məbləğinin dəfələrlə artırılması ilə bağlı təkliflər hazırlayaraq hökumətə təqdim edib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müasir dövrdə qlobal iqlim dəyişməsi də isti günlərin sayını artırır:

"Ölkəmizdə yaşıllıqların qorunması üçün kifayət qədər qanunlar, sənədlər qəbul edilib. Lakin tətbiq edilən cərimələrin məbləği kifayət qədər deyil ki, bəzi insanlar onu etməkdən çəkinmirlər. Buna görə də cərimələrin məbləğinin artırılması üçün təkliflər hökumətə təqdim olunub".

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, insanların yaşıllığa münasibəti dəyişməlidir: "Təbliğat işləri kiçikdən başlamış böyüyə qədər hər kəs arasında aparılmalıdır. Buna qarşı birgə mübarizə aparılmalıdır. Bakıda daha çox yaşıllıqların məhv edilməsi hallarına rast gəlinir. Paytaxtda tikinti işləri aparılarkən ağaclar kəsilir".