adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Iyun 2018 15:54
21687
GÜNDƏM
A- A+

İntihar videosunu yayanlara tanınmışlardan reaksiya - SORĞU

Son zamanlar mətbuatda zorlanma, intihar xəbərləri sürətlə artmağa başlayıb. Bu da cəmiyyətdə böyük müzakirələrə səbəb olur. Bugünlərdə də 16 yaşlı qızın intiharın intiharından 1 ay sonra, intihardan öncə video məktubu yayıldı. "Ədalət" qəzeti olaraq biz də tanınmışların bu mövzuya münasibətini öyrənmək üçün onlara sual ünvanladıq. 

Bugünlərdə də 16 yaşlı qızın intiharın intiharından 1 ay sonra, intihardan öncə video məktubu yayıldı. Bu videonu yayanlara münasibətiniz necədir? Sizcə, bu o qızın ailəsinə ikinci zərbə deyilmi?

Adalet.az saytı həmin sorğunu sizə tədqim edir.


Tural İsmayılov (mətbuat.az saytının redaktoru, yazar)

Videonu yəqin ki, kimsə yayıb. Media da bunu dərc etdi. Ailəsi yəqin ki, hamıdan öncə izlədi bunu. Medianın işi hadisəni göstərməkdir. İndi nə dərəcədə bunu qınamaq olar ki? Tirajlayan ilk mənbəni hardasa tənqid etmək olar.









Dr. Vasif İsmayıl 

O videonun yayılması ictimai marağa xidmət etmir və şəxsi haqların ciddi şəkildə pozulmasıdır.








Cəlil Cavnşir (şair)

Düşünürəm ki, sosial medianın imkanları bu tip hadisələri gizlətməyə mane olur. Hər halda mən bu videonu yaymaq yanlış addımdır. Amma qarşısıalınmaz proses olduğu üçün, mane olmaq da mümkündür. O qızın ailəsi və yaxınları üçün çox çətin olsa da bu cür hadisələrsən nəticə çıxarmalıyıq.





Flora Hüseynova ( aktrisa, senarist )

Bu çox pis haldı. Tək onun yaxınları üçün deyil, ümumi cəmiyyət üçün çox pis haldı. Axı burada cavan uşaqlar da olur ,onlara necə pis təsir göstərəcəyini düşünmürlər.













Vüsal Məmmədov (azvision.az saytının baş redaktoru)

Pis bir şey görmürəm. Ən azından o yaşda qızların psixologiyasını, problemlərini anlamaq baxımından başqa valideynlərə faydalı ola bilər. Bəlkə bu halda digər yeniyetmə qızların oxşar səbəblərdən intiharını önləmək üçün imkan yaranar. Bunun qızın ailəsinə zərbə ola biləcəyini düşünmürəm. Faciə onsuz da baş verib, bundan dəhşətli nə ola bilər ki?! Əksinə, əgər başqa faciələrin qarşısını almaq mümkün olsa, bəlkə bu, qızın ailəsi üçün təsəlli olar ki, övladlarının ölümü boşuna getməyib.