Ağ qızılla kəsilən baş

NİCAT NOVRUZOĞLU
219833 | 2018-06-22 09:31

Bizim qızılımız həmişə bol olub. Söhbət çeşiddəngedir. Nəyimiz bir az özünü babat göstərdi, yanına qızıl yapışdırmışıq. Neftəqara qızıl demişik, balığa qızıl balıq, gülə qızılgül, alçaya turş qızıl demişik, qolu güclüyə qızılbilək, səsi olana da qızıl səs. Qədir Qızılsəs. Bu, qızıl səsi olan QədirRüstəmov deyil ha, Məmmədovdu.

İnanım ki, bizdə qızıl xəstə də var. Həkimlərimizözünə babat pul buraxanlara öz aralarında qızıl xəstə deyirlər. Loxluyub pulunusorurlar.

Qızıl tələbəmiz də var. Papası bütün günü "tupoy”uşağına 5 yazdırmaqla məşğuldu. 11 ilə az qala bir sinif otağı qədər pulxərcləyib.

Bütün bu qızılların içində bir də ağ qızılımız var.Ağappaq. Pambıq kimi. Elə adı da pambıqdı.

Bir ara yoxaçıxmışdı. Dəbdən düşmüşdü. O qədər qızıllanmışdıq ki, ağ qızılı unutmuşduq.

Pambıq da bizdən küsmüşdü. Qozasından çıxmırdı.Bağışlamırdı bizi. Laqeyidliyimizə görə.

Nəhayət, gün yetişdi ki, pambıq yada düşdü. Qaraqızılın bozardığını görüb özümüzü verdik ağ qızılın yanına. Səni deyib gəlmişik,ay ağ qızıl.

Köhnə statistik rəqəmlər, zamanının məşhurpambıqçıları, kombaynlar və s. hamısı birdən-birə zəbt elədi gündəmimizi.

Başladıq qızıl əkməyə. Ək ki, əkəsən. Əkilməyəntorpaq yoxdu. Zəhmətkeşlərimizdə nə qədər torpaq varsa hamısı əkilir. Bəziməhsulları, hələ özünü qızıllaşdırmayan məhsulları ixtisara salıb yeri və gücüverdik ağ qızıla. Onların yerində pambıq əkdik.

Hamı pambıqdan danışmağa başladı. Hətta maşın şousəviyyəsində. Müzakirələr eyni səviyyədə gedirdi.

Zaman yetişdi. Qızıl qozasını partladıb çıxdı. Ammaçıxdı nə çıxdı. Ağ qızıl oldu qızıl zəhər.

Manşetləri ancaq zəhərlənənlərin sayı bəzədi,nəinki, ağ qızılın parıltısı.

Xəbərlər dalbadal gəldi. Bir xeyli adam filanrayonda zəhərləndi. İki gün keçmədi bir xeylisi də filan rayonda. Və heç kim də"qarant” durmur ki, day heç kim zəhərlənməyəcək.

Sonra da biri çıxıb dedi ki, bu zəhərlənmə deyil,ürəkbulanmasıdı. Çox qızıl belədi də ürəkbulandırır.

Pambıq ona zəhər vuranları zəhərlədi.

Pambıq anlamır ki, biz ona zəhər vurmalıyıq. Nəqədər ona qızıl da desək, texniki bitkidir. Texniki bitki olduğundan onakimyəvi maddələrin tətbiq edilməsi qaçılmazdır. Cürbəcür maddələrvurulur ki, ətrafındakı ziyanvericilər, alaqlar qızılımızı məhv eləməsinlər.

Bu maddələr də bizi ziyanverici bilib zəhərlədi.Özü də kütləvi şəkildə. Həm də pambıqla əlbir olub.

Və misal oldu gündəm "Neynirəm o qızıl nimçəni ki,içinə qan qusum”.

Rayon ərazisi pambıq mütəxəssisləri ilə dolu olanİmişlidə, Tərtərdə, Yevlaxda, Saatlıda niyə belə hal baş verdi? Axı onlar busahə üzrə mütəxəssisdirlər.

Suallar gün-gündən artdı. Bəlkə də təxribatdı.

Bir az da özündən razılıq. Köhnələr yadasalınmayıb. Çağırıb deməyiblər ki, məsələn, 5 hektara nə qədər kimyəvi maddəsəpək?

Hər nəysə, bu gün ağ qızıl baş kəsməkiddiasındadır. Zəhərləməklə. Pambıq bizi onu unutduğumuza görəcəzalandırmaq istəyir. Cəzanı da ya ölkəyə idxal olunan dərmanları gətirənalacaq, ya da qulluq zamanı təhlükəsizlik qaydalarını pozan şirkətlər. Hər halda dövlət rəsmisi belə deyir.

Bax beləcə. Ağ qızılın zəhəri ağ qızıldan daha çox gündəmoldu.

Amma doğurdan da pambıq qızıldı. Özü bir tərəfə,çöplərini yığıb təndir qalayıb çörək bişirəcəyik. Təndir çörəyi. Həmin o pambıqsahələrində pambığın qozasını yemiş mal-qaramızdan tutduğumuz pendir ilə dəvuracağıq bədənə, olacağıq məmnun.


TƏQVİM / ARXİV