adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyun 2018 15:33
10955
GÜNDƏM
A- A+

İNTİHAR VİDEOSUNU KİM PAYLAŞIB?

16 yaşlı bir qız uşağı intihar edib və intihardan əvvəl də özünü videoya çəkərək göndərib sevgilisinə və yaxud deyiklisinə. Hadisə təxminən bir ay bundan əvvəl olub, amma video indi yayılıb. Bu videonu sosial şəbəkələrə kimlər servis edib? Videonun göndərildiyi oğlanmı, yoxsa başqalarımı? Hər halda tapılmalıdırlar, özəl həyata qarışdıqları üçün məsuliyyətə cəlb olunmalıdır. Çalışırıq intihar haqqında xəbərləri yaymayaq. İntihara qarşı fikirlər yayaq, maarifləndirici yazılar verək. Hər gün intihar var. Bu xəbərlərin altında oxuyuruq ki, prokurorluq intiharın səbəbləri ilə bağlı araşdırma aparır. Amma hələ də bu araşdırmanın nəticəsində kiminsə məsuliyyətə cəlb olunmasını oxumamışıq və eşitməmişik.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi

Maddə 125. Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və s. cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçatma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma –

üç ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəqiq yadımda deyil, ötən il deyəsən, 227-mi və ya nə qədərmi intihar hadisəsi baş vermişdi. Bunlar keflərindəmi özlərini öldürmüşdülər?! Təbii ki, yox. Siz bu intihar hadisələrinə görə kiminsə cəzalandırıldığını hardasa oxudunuzmu? Mən oxuya bilmədim.