adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

AQİL ABBAS: Zəhərlənmə məsələsində görək kimlər cəzalanacaq

AQİL ABBAS
69232 | 2018-06-23 11:00

- Ay Rüstəm, bu kolxozun altı maşını, on dörd arabası var, biz yeddi-səkkizkilometr yolu piyada gedib-gəlirik. Ola bilməzmiki, bizi səhər tezdən gətirsinlər, axşam aparsınlar?!

Rəqəmlərdə səhv edə bilərəm, bu, «Böyük dayaq» filmində Telli arvadın Rüstəm kişiyə dediyi sözlərdi.

2018-ci ildi. Avropalılar,başda təbii ki, ABŞ, Marsda kartof əkməyi planlaşdırırlar. Biz isə pambıq tarlalarınakimyəvi maddələri əllə səpirik. Mənfur Sovet hökumətindəbu işlər təyyarələr və texnikalarla həyatakeçirilirdi. Sözün bitdiyi yerdi.

Mənim fikrimcə, ölkədə texnika çatışmazlığı yoxdu. Deməli, mövcud texnikadansəmərəli istifadə edilmir. Təbii ki, bunun da günahı pambıqçılarda deyil, həmintexnikaların aid olduğu səlahiyyətli təşkilatlardadır.Və bu zəhərlənmə hadisələrində də onlar xüsusi məsuliyyət daşıyırlar.

Artıq zəhərlənmə zəncirvarireaksiyayla hərəkət edir. Budur, dördüncü rayonda da zəhərlənmə baş verdi. Bu beşincimi,altıncımı, yeddincidəmi olacaq, hələ bilinmir. Biz dünən də bu məsələyə toxunmuşduq,bu gün də toxunmaq məcburiyyətindəyik.

Kənd Təsərrüfatı NazirliyininMətbuat Xidmətinin rəhbəri Anar Hüseynovunbu məsələ ilə bağlı «Yeni Müsavat»a açıqlamasında belə bir yer var: «Bizim tərəfimizdən isə artıq fermerlərə, sahibkarlara, icra hakimiyyətlərinəməktub ünvanlanıb ki, bu məsələdə bir qədərehtiyatlı olsunlar, təhlükəsizlik qaydalarınaəməl etsinlər».

Məntiqdən belə çıxır ki, bu məktublar zəhərlənmə hadisəsindən sonra ünvanlanıb. Əslində isə maarifləndirmə işipambıq əkinlərindən çox qabaq, hələ fevralda,martda aparılmalı idi.

Uzun illər pambıqdan kənardaqaldığımız üçün həm pambıqçılığı yadırğadıq, həm də bu sahədə ciddi kadr çatışmazlığıyarandı. Pambıqçılıq üzrə mütəxəssislər ailələrinidolandırmaq üçün başqa sahələrə üz tutdular,eləcə də olub-bildiklərini unutdular. Gəncədəki Kənd Təsərrüfatı Akademiyası az-çox ali mütəxəssislər hazırlayabilir, amma bu yetəri qədər deyil.

Vaxtilə pambıqçılıq üzrə texnikumlarda vardı. Ən böyüyü də Bərdə rayonundaydı. Bu texnikumlar orta ixtisas üzrə mütəxəssislər – briqadirlər, sahə aqronomları, ziyanvericilərlə mübarizə aparacaq mütəxəssislər, pambıq məntəqələrində və pambıqtəzmizləməzavodlarında çalışacaq mütəxəssislər hazırlayırdı.

Ölkədə pambıqçılığın inkişafı ilə bağlı proqram həyatakeçirilirsə, Bərdədəki həmin texnikumun yenidənfəaliyyətə başlamasına böyük ehtiyac var.

Pambıq taxıl deyil, birdəfə səpəsən, üç-dörd dəfə suvarasan, sonra da kombaynları salıb yığasan.Pambıq çox zəhmət, aqrotexniki qulluqtələb edən, təkcə maşınlarla deyil, həm dəəllə yığılan bir bitkidir. Qısası,naz tələb edən bitkidi. Ona görə də bu sahənibilən mütəxəssislər olmadan pambığı əkib-becərib son həddə çatdırmaq həm çətin məsələdi, həm də məhsuldarlığın aşağı düşməsi deməkdir.

Pambıq eləcə də stratejibitkidi. Bu sahənin inkişafı yüz minlərlə iş yeri deməkdi, sənayenin inkişafı deməkdi,valyuta deməkdi. Ən əsası, kəndlərindən üz döndərmiş insanların geri dönüşüdeməkdi. Mebel istehsal etmək üçün xammalı valyuta ilə xarici ölkələrdən alırıq. Pambığın çöpü həm də mebel sənayesi üçün vacib xammalardan biridi. Özbəkistanda pambıq çöpündən mebel sənayesiüçün materiallar hazırlayanfabriklər mövcuddur. Vaxtilə belə fabriklərin Azərbaycanda da tikilməsi nəzərdə tutulmuşdu. Çox təəssüf ki, Sov.İKP MKo vaxt buna mane oldu. Pambıq çöpündən kağızistehsal etmək də mümkündü. Və ən nəhayət, hərbdə əlli məqsəd üçün istifadə olunur – geyimindən tutmuş barıtına qədər. Siz bilirmisiniz ki, Özbəkistanda pambıq yağından qida məhsulu kimi istifadə edirlər, hətta plov dəmləyirlər?

Qısası, pambıqçılığa elə-belə baxmaq lazım deyil. Onun əleyhinə yazı yazanlarpambığın əhəmiyyətini və onun strateji bitki olduğunu bilməyənlərdi. Pambıqçılığınəleyhinə yox, onu düzgün yönləndirə bilməyənlərin əleyhinə yazmaq lazımdı.

Məhz elə bu düzgün yönləndirəbilmədiklərinə görə bu zəhərlənmə hadisələribaş verib. İndi komissiya yaradıblar, araşdırırlar.Qorxuram, pambıqçıların özlərini cəzalandırarlarki, zəhərdən düzgün istifadə etməmisiniz. O zəhəri gətirənlər və maarifləndirmə işlərini düzgünqurmayanlar qalalar kənarda. Belə şeylərin şahidiaz olmamışıq.

O gün baxıram, hansısa rayonda bir fermer deyir ki,taxılı biçib qurtarandan sonra yerində pambıqəkəcəm. Allah, sən saxla. İyunun axırında pambıq əkəcək. Deməli, gələn ilin yanvar-fevralında yığacaq? Necə ki, keçən il beləhadisələr oldu, pambıq gec əkildi, nəticədə məhsuldarlıq çox aşağı düşdü. Demək,həmin fermerin pambıq haqqında bilgisi sıfırdı.

70-80-ci illərdə Bərdədə, Ağcabədidə, Ağdamda, Beyləqanda, İmişlidə,Saatlı, Zərdab və Sabirabadda hektardan45-50 sentner məhsul götürülürdü.Bir də Füzulinin əsasən Arazqırağı torpaqlarından. Allah Şamama Həsənovaya rəhmət eləsin. Yəni bu rayonlarıntorpaqları pambıqçılıq üçün çox yararlıdı. Və elə indi də bu rayonda pambıqçılığı inkişaf etdirməklə oynaya-oynaya500 min ton pambıq istehsal etmək mümkündü. Digər rayonlarda isə əkinçiliyinbaşqa sahələrini inkişaf etdirməklazımdı. Məsələn, Hacıqabulun və Kürdəmirin Sabirabada qonşu kəndlərində pambığınməhsuldarlığı yüksək ola bilər, amma digərbölgələri üzümçülük, şərabçılıq üçün daha əlverişlidi.

Bu bizim şəxsi fikirlərimizdi. Bu gün əsas məsələ bu zəhərlənmə hadisələridi ki, görək bununsonu nə ilə bitəcək?


TƏQVİM / ARXİV