adalet.az header logo
  • Bakı 16°C
21 Iyun 2018 16:37
10474
DÜNYA
A- A+

Cənubi Koreya lideri Moskvaya gəldi

Cənubi Koreya Prezidenti Mun Çje İn Rusiyaya gəlib.

Adalet.az xəbər verir ki, bu barədə Kreml rəsmi informasiya yayıb.

İnin Moskvaya Rusiya Prezidenti Vladimir Putinin dəvətiylə gəldiyi açıqlanıb. Cənubi Koreya liderinin səfərinin iyunun 23-nə qədər davam edəcəyi vurğulanıb.

Cənubi Koreya liderinin bu gün Dumada çıxış edəcəyi, daha sonra isə Cənubi Koreya-Meksika oyununu izləmək üçün Rostova gedəcəyi gözlənilir.