“Elm ağacdırsa, onun kökü ali məktəbdir” - Akif Əlizadə
Azərbaycan Milli Elmlər Akademiyasında magistratura və doktoranturaya qəbulda İELTS VƏ TOEFL-un tətbiq edilməsi alimlərə beynəlxalq konfranslarda sərbəst şəkildə diskussiya aparmağa imkan verir.
Adalet.az xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib. O, bildirib ki, ali təhsil müəssisələrinə qəbulda İELTS və TOEFL tətbiq edilməlidir:
"Elm təhsilin ayrılmaz sahələrdir. Əgər bizim təhsilimiz axsayacaqsa, bunun elmə təsiri olacaq. Elm yüksək təhsilə arxalanmalıdır. Elm səmaya yüksələn bir ağacdırsa, onun kökü ali məktəbdir. Akademiyada son 5 il ərzində elmlə təhsilin inteqrasiyası istiqamətində addımlar atılıb. Bu addımlar daha da şaxələndirilməlidir".
A. Əlizadə qeyd edib ki, ali təhsil müəssisələrinin statusları bir-birindən fərqləndirilməlidir. O, əlavə edib ki, bu gün ali təhsil müəssisələri bir növ orta məktəb təhsilinin davamıdır.
Digər Xəbərlər
24 Aprel 2024 12:12
AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
24 Aprel 2024 10:34Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti
24 Aprel 2024 10:03Bu gün 30 dərəcə isti olacaq
24 Aprel 2024 09:25Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
24 Aprel 2024 09:09