Faiq QİSMƏTOĞLU: MÜŞFİQ CABİROĞLU, BİZDƏN KÜSÜB NİYƏ GETDİN?

FAİQ QİSMƏTOĞLU
51431 | 2018-06-21 13:25

… Onunla 20 il bundanqabaq dostlaşmışdıq: çörək kəsmişdik, çay içmişdik, yoldaşlıq eləmişdik!Onda xalqşairi Cabir Novruz hələ sağ idi. Onda Müşfiqə çoxları atasına görə hörmət eləyirdi…Onda Müşfiqi yaxşı tanımırdılar. Və deyirdilər ki, Cabir Novruzun oğlu Müşfiq istedadlı oğlandı. Həm də Cabir Novruzunoğlu Müşfiq təkcə istedadlı oğlan deyildi; o, istiqanlı, tərbiyəli və mərifətlibir gənc idi. Elə bir gənc ki, onun dünya boydaürəyi vardı.

Təkəbbürlük, yekəxanalıqondan çox uzaq idi. Bəziləri kimi atasının şanına, şöhrətinə və hörmətinə sığınaraqondan sui-istifadə eləməzdi, onunla bir dəfəsöhbət eləsəydi, görərdin onun necə ürəyi var., Cabir Novruzun oğlu olduğuüçün o adı daha uca tutar, oturuşu, duruşuvə ünsiyyətilə Cabir Novruz adına xələl gətirməz, əksinə, o şərəfi daha da ucaldardı…

Ölümündən bir ayəvvəl redaksiyamıza gəlmişdi. Səhv eləmirəmsə, Əbülfət Mədətoğluya yazı gətirmişdi.Və bizim otağa girib dizaynerimiz Şamxal Şəbiyevə əlindəki filaşkartı uzatdı dediki, burda materiallar var, Əbülfət müəllim baxar, məsləhət bilsə, növbəti nömrələrdədərc eləyərsiniz. Özünəməxsus bir səmimiyyətlə və nəzakətlə bizimlə xudahafizləşibgetmək istəyəndə onun bacanağı böyük bəstəkar Oqtay Kazıminin oğlu dostumuz Elçinisoruşdum. Çünki Elçinlə də uzun müddət haqqı-salamımız olub. Xeyridə-şərdə bir yerətoplaşmışıq. Və bir müddət elə oldu ki, mənim Elçinlə əlaqəm kəsildi. Elə ondanda Elçinin mobil telefon nömrəsini soruşdum. O da nömrəni dedi və nömrəni telefonumunyaddaşına yazdım. Sonra isə gülümsəyərək dilləndi:


- Ay Faiq, elə Elçində səni tez-tez soruşur. Allah imkan versə, bu yaxınlarda yığışıb bir yerdə bir sətkan çay içərik, çörək kəsərik!

Ancaq Allah imkanvermədi. Və eşitdim ki, Müşfiq ürək tutmasından dünyasını dəyişib. Sözün açığı,mənim Cabir Novruzun ailəsinə və onun övladlarına həmişə çox böyük sevgim olub.Ən azından ona görə ki, onun hər üç oğlu çox savadlı, ləyaqətli və qürurlu ziyalıidi. Mirzə rəhmətliyi yaxşı tanıyırdım. Elə onu da xeyir-şərdə görmüşdüm. Daha doğrusu,Mirzəyə də məni rəhmətlik Müşfiq təqdim eləmişdi. Demişdi ki, Faiq mənim dostumdu.Yaxşı da yazıları var. Mirzə də bu tanışlığa şad olmuşdu, hətta icra başçısı olsabelə öz sadəliyiylə fərqlənmişdi və demişdi ki, onun imzasını yaxşı tanıyıram. Əlbəttə,Cabir Novruz kimi istedadlı bir şairin ocağında böyüyən, tərbiyə alan və gəlib yüksəkmövqe tutmuş bir ziyalının ağzından bu sözü eşitmək çox yaxşı hal idi. Elə o vaxtdanda bizim aramızdakı münasibətlər daha da doğmalaşdı.

Bir gün Müşfiq mənədedi ki, Faiq, bəs Elçin oğluna kiçik toyeləyir. Sən də ora dəvətlisən, vaxtın olsa gələrsən! Bir neçə gündən sonra Yasamalrayonundakı şadlıq saraylarının birində o toy baş tutdu. Təbii ki, mən də bir dostolaraq həmin toyda iştirak eləməkdən qürur duydum. O toyda çox istədiyim Elçin müəlliminatası gözəl bəstəkar və uzun müddət Cabir Novruzla dostluq eləmiş Oqtay Kazıminigördüm. O toyda Elçinin və Müşfiqin qaynatası xalq artisti Əlabbas Qədirovla görüşdük…O toyda Cabir Novruzun böyük oğlu Mirzəylə də hal-əhval tutduq… Toyu da səhv eləmirəmsə,istedadlı aktyor, əməkdar artist Əjdər Həmidov aparırdı. İnanın, toyda bir şirinlik,bir səmimiyyət, bir mehribanlıq var idi ki, mən bu cür doğmalığı və sadəliyi heçbir toyda görməmişdim. Onda Elçin Yasamal rayon Polis İdarəsində yeniyetmələrləiş şöbəsində çalışırdı. Və özü kimi də sədaqətli dostlarını toya dəvət eləmişdi. Polkovnik-leytenantÇingiz müəllimin «Bu qala daşlı qala» musiqisinə dostları ilə birlikdə qol qaldırıboynaması heç vaxt yadımdan çıxmır. Bu təkcə toy deyildi, həm də Oqtay Kazıminin,Əlabbas Qədirovun, Mirzənin, Müşfiqin və eləcə də dostum Elçin Kazıminin ən gözəl,yaddaqalan günləriydi. O günlər ki, bir tarixə çevrilirdi… O günlər ki, çoxlarınınqəlbində yeni bir səhifə yazırdı... O günləri ki, həmin anları, həmin dəqiqələrilentə alan operatorlar da bilmirdilər ki, bu məqamlar toyda iştirak edənlərin yaddaşınanecə həkk edilir…

Onda Əlabbas Qədirovlu,Oqtay Kazımili, Mirzəli, Müşfiqli günlər idi. O günlərin şirinliyi, o günlərin istiliyiindi bir an da olsa, mənim qəlbimə bir sevgi, bir hərarət, bir işıq, bir nur gətirir.Və elə düşünürəm ki, onlar bizdən nə qədər uzaqlaşsalar da, bu anlar, bu dəqiqələr,bu xatirələr bizi bir-birimizə bir o qədər yaxınlaşdırır…

Bəstəkar Oqtay Kazıminə qədər istedadlı bir sənət adamı idisə, bir o qədər də səmimi, böyük ziyalı idi.Yaxşı yadımdadı, Cabir Novruzun sözlərinə bəstələdiyi mahnılardan ibarət «Sağlığındaqiymət verin insanlara» kitabını da elə rəhmətlik Oqtay Kazımi aftoqraf yazaraqmənə vermişdi. Və orda da qeyd eləmişdi ki, «mənim oğlum Elçinin sadiq dostu, istedadlı qələm sahibi FaiqQismətoğluna böyük sevgilərlə!». Sözün düzü, belə böyük sənətkarın mənim kimi balacabir qələm sahibi haqqında bu qədər səmimi və isti sözlər deməsi qəlbimə bir işıq gətirmişdi. Çünki Oqtay Kazımi heç dəhər yazar haqqında belə dolğun, belə obrazlı ifadə işlətmirdi. Və bir də böyük şairCabir Novruzun bütün gözəl şeirlərinə ölməz musiqiləri məhz Oqtay Kazımi yazıb.Hələ də «Cavanlığım» mahnısını dinləyən tamaşaçı o musiqinin, o sehrli sözləriniçində gənclik illərinə qayıdır. Və Zaur Rzayevin möhür vurduğu bu mahnı əbədiyaşarbir musiqidir. İnsanlıq nə vaxta qədər ki, olacaq, bax, bu musiqi də, bu sözlərdə həmişə yaşayacaq.

Görhardan gəlib hara çıxdım. Bunların hamısını mən dostum, qardaşım Müşfiqin hesabınanail olmuşam. Yəni Müşfiqlə tanışlığım olmasaydı, nə Oqtay Kazımini tanıyardım,nə Mirzəylə bir stəkan çay içərdim, nə də Elçin Kazımı ilə dostluğumuz baş tutardı.Çünki Müşfiq insanlar arasında körpü yaratmağı, ünsiyyət qurmağı və onları bir-birinəbirləşdirməyi bacaran ziyalı idi.

Bir-ikidəfə ona qarşı bəlkə də diqqətsizlik eləmişdim. Yəni bizim redaksiyaya gələndə iş-gücbaşımızı necə qatırdısa, bir qədər hal-əhval tuta bilmirdik. Amma nə yaxşı ki, sonuncudəfə redakasiyamızda olanda dərdləşdik. Bir az ötən günləri - Elçinin oğluna toyelədiyi gözəl anları xatırladıq. Toyda oynamağımızı, zarafatlarımızı yada saldıq.Onda Müşfiqin gözündə bir işıqn gördüm, bir sevgi hiss elədim, bir məhəbbət duydum.O məhəbbət ki, Müşfiq gördü mən əvvəllər olduğu kimi heç bir təmənna ummadan ona qarşı çox səmimi və əvvəllər olduğu kimiyəm.Nə yaxşı son anlar Müşfiq bunları gördü və bildi…

BizMüşfiq kimi gözəl ziyalını, onun qəlbini, iç dünyasını qoruya bilmədik. Daha doğrusu, elə bildik Müşfiq eləhəmişə bizimlə bir olacaq. Amma Müşfiq bu dünyadan, eləcə də onu anlamayan, başadüşməyən, dəyər verməyən insanlardan küsüb getdi çox sevdiyi böyük Müşfiqin, atasıCabir Novruzun və qardaşlarının yanına. Yəqin orda özünü indi daha rahat, daha sakithiss eləyir. Çünki ruhlar Allahın dərgahına qovuşanda daha bu dünyada olduğu kiminarahat olmur. Onun barəsində narahat olanlar doğmaları, dostları və onu sevənləridi.Müşfiqi də sevənlər, xətrini istəyənlər çox idi. Ən azından iki istedadlı yazarMüzəffər Şükür və Mahir Qabiloğlu onun haqqında çox gözəl yazılar qələm aldılar.Bu da təsdiq edir ki, Müşfiqonu sevənlərin, onu istəyənlərin qəlbində və ürəyində həmişə elə olduğu kimi dəyaşayacaq!..

TƏQVİM / ARXİV