adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Iyun 2018 10:54
6374
HADİSƏ
A- A+

20 gündə 35 nəfər yol qəzasında ölüb

İyun ayının 20 günündə respublikanın avtomobil yollarında 69 yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, iyun ayının 1-dən 20-dək yol qəzalarında 35 nəfər ölüb, 129 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, cari ilin 5 ayı ərzində Azərbaycanda 540 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 254 nəfər ölüb, 799 nəfər isə xəsarət alıb.