adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyun 2018 10:48
9407
MƏMLƏKƏT
A- A+

Parada görə 14 marşrutun istiqaməti dəyişəcək - SİYAHI

26 iyun - Silahlı Qüvvələrin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən xəbərə görə, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.