adalet.az header logo
  • Bakı 20°C
20 Iyun 2018 17:50
6906
GÜNDƏM
A- A+

Helikopterlərimiz 50 km-dək məsafədə hədəfləri məhv edə bilər

Hərbi Hava Qüvvələrimizin helikopterləri 50 kilometrədək atış uzaqlığına malik silahlarla təchiz olunub.

Adalet.az xəbər verir ki, bunu mətbaut konfransında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib .

Nazir bildirib ki, Hərbi Hava Qüvvələrinin helikopterləri müasirləşdirilib və bu texnikaların üzərinə görüş dairəsindən kənarda – böyük uzaqlıqda hədəfləri məhv etməyə imkan verən silahlar qurulub:

"Aprel döyüşlərinin nəticələrini təhlil edərək bu sahədə müəyyən yeniliklər etdik. Bu gün helikopterlərimizin üzərində yer alan NLOS silahlar 10 kilometrdən 50 km-dək məsafədə hədəfləri vurmağa imkan verir. Müqayisə üçün deyim ki, daşınan ZRK-nin hədəfi məhvetmə uzaqlığı maksimum 6 kilometrdir. Bizim helikopterlər düşmənin hava hücumundan müdafiə zonasına girmədən onu məhv etməyə qadirdir”.

Zakir Həsənov Türkiyə şirkətinin iştirakı ilə HHQ-nin Su-25 döyüş təyyarələrinin bir qisminin modernizə edildiyini, bir qisminin isə yaxın vaxtlarda modernizə olunacağını da diqqətə çatdırıb.