Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | “Azərbaycan hekayələri” Böyük Britaniyada təqdim olundu Adalet.az | “Azərbaycan hekayələri” Böyük Britaniyada təqdim olundu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Azərbaycan hekayələri” Böyük Britaniyada təqdim olundu

6227    |   2018-06-20 17:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan "Azərbaycan hekayələri” kitabı Londonun Britaniya Kitabxanasında təqdim olunub.

Adalet.az-ın məlumatına görə tədbirdə İngiltərənin tanınmış elm və ədəbiyyat adamları, yazıçı və tədqiqatçılar iştirak edib.

Kitabın redaktoru, ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Tompson çıxışında dünyanın dini və irqi ayrı-seçkilikdən, sosial və siyasi ədalətsizlikdən yeganə xilas yolunun qarşılıqlı anlaşma və ədəbiyyatlararası mübadilə olduğunu bildirib. "Böyük xilas yolunun müjdəçisi olan bu nəşr sevginin və mərhəmətin dialoqu üzərində qurulmuş qardaşlıq, doğmalıq abidəsidir”, – deyə yazıçı Afaq Məsuddan sitat gətirən Anne Tompson, eyni zamanda Mərkəzin fəaliyyəti haqqında da tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra ədəbi tənqidçi Vesna Petkoviç, məşhur "EU Today” dərgisinin baş redaktoru Hari Qartrayt, tərcüməçi-şair Karolina Valton, "University College London” universitetinin elmi işçisi Sevinc Baxış, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin əməkdaşı Hüseyn Hüseynov və digərləri çıxış edərək, kitabın ədəbi-bədii məziyyətləri barədə fikirlərini bölüşüblər. Tədbir, kitaba daxil edilmiş əsərlərdən parçaların səsləndirilməsi ilə sona çatıb.

Qeyd edək ki, Müasir Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirən kitaba 24 Azərbaycan yazıçısının – Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal Paşayev, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas, Saday Budaqlı kimi ədiblərin hekayələri daxil edilib. Kitabın "Ön söz”ünün müəllifi "British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.




İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK