adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyun 2018 11:53
20404
ŞOU-BİZNES
A- A+

“Qurdlar vadisi”nin Əlifi səhnəyə qayıdır

Beş il əvvəl səhnədən gedən "Qurdlar vadisi”nin Əlifi Özgü Namal yaxınlarda sənətə qayıdacaq.

Adalet.az türk saytlarına istinadən xəbər verir ki, aktrisa yeni bir serialda ana obrazını canlandıracaq.

Xatırladaq ki, 2014-cü ildən reklamçı Sərdar Oralla eşq yaşayan Özgü Namal özünü ailə həyatına həsr edib, iki övlad böyüdüb və indiyədək bütün çəkiliş təkliflərinə "Yox” deyib.