adalet.az header logo
  • Bakı 7°C
22 Iyun 2018 16:28
8919
SAĞLAMLIQ
A- A+

İnfarkt keçirən insanlara kömək edəcək

ABŞ, İrlandiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu infarkt keçirən insanlara kömək edəcək xüsusi qurğu hazırlayıb.

Trend-in məlumatına görə, "Therepi” adlanan bu cihaz bilavasitə zədələnmiş ürək toxumasına bərkidilir və ürək tutmasından başlayaraq ürək çatışmazlığına aparan prosesə kimi müdaxilə edir.

Məlumata görə, kiçik rezervuar şəklində olan yeni qurğu xəstənin dərisi üzərinə və ya altına xüsusi mexanizmli nazik şlanq vasitəsilə birləşdiriləcək. Onun köməyi ilə isə ürəyə dərman preparatı çatdırılacaq.

Alimlərin sözlərinə görə, xəstə bu qurğuya həkimin köməyi olmadan adi şpris vasitəsilə lazımi miqdarda dərman daxil edə bilər.

Yeni cihaz digər orqanların müalicəsi üçün universal platforma rolunu oynaya və müxtəlif xəstəliklərin müalicəsi üçün yeni metodlar hazırlamağa kömək edə bilər.