adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Iyun 2018 10:08
20625
MARAQLI
A- A+

DEYƏSƏN, YAVAŞ-YAVAŞ TÜRKİYƏ OLURUQ

Son illər Türkiyədə şortik geyinənləri, açıq-saçıq geyinənləri, hicabsız olanları təpik altına salıb döyürlər. Elə bu yaxınlarda avtobusda cavan bir oğlan şortik geymiş qızı dəli inək balasını çığnayan kimi çığnadı. Tutub eləmədilər də. Qıza dedilər ki, niyə adam kimi geyinməmisən?

İndi mətbuatda oxuyuram ki, metroda şortik geymiş bir qızı cavan bir oğlanla yaşlı bir qadın yun çırpan kimi çırpıblar. Sosial şəbəkə də iki yerə bölünüb. 2018-ci ildə bizim problemimizə və gündəmimizə baxın. Şair Qürbət Əziz demiş: «Millət deyilik ey, kefik başdan-ayağa».

Hüquq-mühafizə orqanları metroda baş verən hadisə ilə bağlı cinayət işi qaldırmalıdır, özü də xuliqanlıq hadisəsi ilə. Nə isə…