adalet.az header logo
  • Bakı 18°C
20 Iyun 2018 15:58
17042
KRİMİNAL
A- A+

Külli miqdarda narkotik aşkar edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı ilə mübarizə tədbirləri davam etdirilir.

Adalet.az DİN-ə istinadən xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanada aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.