adalet.az header logo
  • Bakı 12°C
20 Iyun 2018 14:31
13527
KRİMİNAL
A- A+

Narkotik alverçisi “iş” başında tutuldu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı və kultuvasiyası ilə mübarizə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən xəbərə görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.

Belə ki , o, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən elə iş başında yaxalanıb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.