ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İndiki futbola baxmaq vaxt itkisidir? - SORĞU

18436    |   2018-06-21 10:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırkı futbol keçmiş zamanlardakı futboldan xeyli fərqlənir. İndiki total futbol daha sürətlidir. Həmdə ki, texnologiyada futbola bulaşıb. Dünya Çempionatında hakimlərə video kömək sisteminin (VAR) qaydalara daxil olunması da müasir futbolun yeni qaydalarındandır. Bəs yaxşı futbolsevərlər, ədəbiyyat adamaları necə düşünür - İndiki futbola baxmaq sizə zövq verirmi? Keçmişdəki futbol üçün darıxırsınızmı?




Yazıçı Səfər Alışarlı: "İndi futbol - dünya çempionatı 40-50 il əvvəlki ilə müqayisədə daha gözəldir, bütün komponentləri baxımından qibtə olunası dərəcədə gözəldir. Ən mühüm məsələlərdən biri də odur ki, indi ona hər yerdə - işdə, evdə, küçədə, meşədə, hətta yerin altında da baxmaq mümkündür.

Ancaq mən yeniyetmə olanda yaşadığım yataqxanada televizor yoxuydu. Məsələn, 1970-ci ilin dünya çempionatı! Dərnəgüldə televizoru olan fəhlə yataqxanalarına birtəhər sürüşüb keçə biləndə, sıxlıqda ayaq üstdə dayanıb tər axıda-axıda bulanıq ekrana boylananda, gürcü şərhçi Kote Maxaradzenin xırıltı dolu ləhcəsində - "Говорит и показывает Гвадалахара!” - sözlərini eşidəndə ayağımız yerdən üzülürdü, özümüzü az qala Meksika stadionunda hiss edirdik. Oyun boyu dəhşətli katarsislər yaşayırdıq.

İndi rahat divanda uzanıb 1 metrlik plazmada baxıram, hərdən görürəm yuxu tutur məni. Qocalığı hiss etdirən məqamdır!”



Tanınmış futbol şərhçisi, jurnalist Gündüz Abbaszadə: "İndi futbol daha maraqlı gəlib. Həyat o qədər sürətli olub ki... Futbola da təsir edib. Təsəvvür edin, əvvəl 7 saata getdiyin yolu indi 2-3 saata qət edirsən. Futbol da sürətlənib. Biz də. Odur ki, indi daha maraqlıdır. Keçmişdəki futbol üçün darıxmamışam. Təkcə Roberto Bacconun oyunundan savayı.”








Yazar Xalid Kazımlı: "Açığı, indiki futbol daha zövqlüdür. Ən azı hakim səhvləri minimuma endirilib, mübahisəli məqamlar azalıb. Heç kəs "bizi hakim uduzdurdu” deyə bilmir, ofsayddan qol vurmaq, rəqibə qırmızı kart verdirmək üçün simulyasiya etmək halları sıfıra enib. Köhnə dövrlərin futbollarında azarkeşləri əsəbiləşdirən hallar çox olurdu. İndi bilirsən ki, sənin azarkeşlik etdiyin komanda zəif oynadı, uduzdu. Bu baxımdan indinin futbolu mənim daha çox xoşuma gəlir. Amma indi də Maradona, Matteus, Hacı, Laudrup, Stoiçkov kimi parlaq oyunçular azdır. İndi Ronaldodur, Messidir, Süaresdir, Neymardır. Onların da biri yaxşı oynayır, üçü gözləntiləri doğrultmur.”



"Xəzər TV”-nin aparıcısı Ceyhun Rzayev: "İdman jurnalitiyəm, futbola həm də bu sahədən pul qazandığım üçün baxıram. Uşaq, yeniyetmə, gənclik dövründə isə hər şey fərqli idi. Futbolu sevdiyimiz, ona könül verdiyimiz üçün baxırdıq. Keçmişdəki futbol üçün əlbəttə, darıxıram. O dövrün ulduz futbolçuları uşaqlıq kumirlərimizdi. 1990-cı il dünya çempionatı zamanı futbolkamın arxasına almanların kapitanı Matteusun adını yazıb, fərəhlə gəzmişdim. 1994-cü il mundialında isə məhəllədə məni Romario çağırırdılar. O vaxtkı futbol, sanki daha romantik və saf idi. Bəlkə də uşaq olduğumuzdan bizə elə gəlirdi.”





Şairə Rəbiqə Nazimqızı: "Futbola tək baxmağı sevməyənlərdənəm. Ya ailə çevrəsində, qardaşlarım, qızım, atam, anamla, ya da dostlarla baxmağı sevirəm. Birbaşa meydandan izləmək bir ayrı zövqdür, əlbəttə. İstəyirəm, bu günlərdə özümə futbol ziyafəti yaşadım. Heç olmasa, bir gün rahat-rahat izləyim. Futbol həmişə yaxşı əyləncədir. Keşmişdəki futbol üçün yox, şərhçilər üçün darıxa bilərəm yalnız.”





Şair Cəlil Cavanşir: "Açığı elə ciddi, fanatik dərəcədə futbol azarkeşi deyiləm. 1998-ci ildən futbol izləyirəm. Açığı o oyunlar mənim daha çox xoşuma gəlirdi. Məsələn, Hollandiya millisinin bir oyununu qaçırmazdım. Bütün heyətini əzbər bilirdim. İndi artıq hollandların futbolu mənim zövqümcə deyil. Darıxdığımı deyə bilmərəm, amma son baxdığım oyunlardan əvvəlki zövqü ala bilmirəm.”





Yazar Günel Natiq: "Mən uşaqlıqdan qızğın futbol azarkeşi olmuşam. Bütün futbolçuları tanıyırdım, oyun üslublarına, hətta xarakterlərinə bələd idim. Məsələn Maradonanın təvazökarlığı çox xoşuma gəlirdi. Adətən güclü oyunçuların hücumların qarşısını alan, lazım gələndə badalaq vuran "himayədar”ları olur. Maradonanı yerə yıxanda ayağa durub sadəcə əllərini yelləyirdi, bu böyük futbolçuda "ulduz xəstəliyi” yox idi. İndi Ronaldoda "ulduz xəstəliyi” görürəm. Meydançada cığallıq edir, qəsdən özünü yerə yıxır hətta. Hərçənd Maradonanın texnikasına malik deyil.

Atamla futbolu izləyəndə 9-10 yaşım vardı. Atamın proqnozları həmişə dəqiq olurdu. Mən onun futbola bu dərəcədə bələd olduğuna heyran qalırdım. Atamın yanında azarkeş olmamaq mümkün deyildi. Futbol çempionatı qurtaranda ürəyim sıxılırdı... Atamdan sonra futbolu izləmək mənim üçün çətin idi. İstər-istəməz onu xatırladırdı, qüssə məni bürüyürdü. Bu il futbolla bağlı bir neçə yazı işlədim və yenidən baxmağa qərar verdim.

Futbol indi daha sürətli olub. Yeniliklər meydana gəlib. Amma bu çempionatdan hələ ki zövq almıram. Mənə elə gəlir, hələ ki favoritlər özlərini tam olaraq meydançada ifadə edə bilmirlər. Bəlkə də irəlidəki oyunlarda hər şey dəyişəcək.

Favoritim isə yoxdur. Bir azca Messiyə görə Argentinaya azarkeşlik edirəm.”




Şair Aqşin Evrən: "Builki Dünya Çempionatı çox maraqlı keçir. O baxımdan ki, ciddi rəqabət var: favorit komandalar autsayderlərə üstünlük qura bilmədilər. Ancaq bir pis tərəfi var ki, yığmalar oynamaqdan çox oynatmamağa üstünlük verirlər, çünki qrup mərhələsidir, bir xal böyük əhəmiyyət daşıyır. Növbəti mərhələdə belə olmayacaq, bütün komandalar oynamağa, qol vurmağa çalışacaqlar. Çempionat nə qədər maraqlı keçsə də, heç biri 2002-ci ildəki turnirin yerini verə bilməz. Həmin vaxt həm Türkiyə milisi, həm də Braziliyanın əfsanəvi heyəti çempionatı xeyli maraqlı etmişdi. Ronaldo, Rivaldo, Ronaldinyo, Roberto Karlos kimi superulduzları ilə DÇ-yə qatılan Braziliya möhtəşəm oyun nümayiş etdirirdi. Xüsusən braziliyalı Ronaldonun performansı həll edici rol oynamışdı, bir növ, ölkəsinə dünya kubokunu qazandırmışdı. Ara-sıra həmin oyunlara yenidən baxıram. Ümumiyyətlə, o illər çox sehrli, çox maraqlı idi. İstənilən halda futbol üzrə dünya çempionatı maraqlı turnirdir, çünki burada təkcə müxtəlif ölkələrin futbolu yox, həm də mədəniyyəti cəmləşib.



İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK